“Süni intellekt"dən istifadə edən şirkətlər, diqqətli olun!
20.11.2025 17:43
1,172

“Süni intellekt"dən istifadə edən şirkətlər, diqqətli olun!

Şahin Dəniz
      Rəqəmsal marketinq mütəxəssisi

Bu gün bir çox şirkət süni intellekti (AI) iş proseslərinə inteqrasiya edir, gözəl addımdır amma hamısı bunu düzgün etmir. AI “trend” deyil, biznes strategiyası, insan faktoru və əməliyyat mədəniyyəti tələb edən ciddi prosesdir. Müşahidələrimə əsasən son dövrlərdə yerli şirkətlər arasında da edilən ciddi səhvlərdə bu özünü biruzə verir. 
Ən çox rast gəldiyim səhvlər isə bunlardır:

- AI-i möcüzə kimi görmək

 Strategiya olmadan tətbiq etmək yalnız resurs israfına gətirib çıxarır.

- Keyfiyyətsiz məlumatla işləmək

Pis məlumat üzərində qurulan modellər biznesi yanlış istiqamətə aparır.

- İnsan nəzarətini aradan qaldırmaq

 AI güclüdür, amma insan düşüncəsi olmadan risklər çoxalır.

- Etik və hüquqi aspektləri nəzərə almamaq

Müştəri məlumatları, diskriminasiya, qanun pozuntuları hamısı real təhlükədir.

- İşçiləri prosesə hazırlamamaq

 Texnologiya inkişaf edir, amma insanlar uyğunlaşdırılmadıqda sistemin özü zəifləyir.

- Strategiyasız tətbiq

Ən pis səhv: “Hamı edir, biz də edək” yanaşması.

- Süni intellektin hazırladığı video və dizayn materialları

Markanın verdiyi mesajla vizualın emosiyası arasında ciddi ziddiyyət. Belə hallar hətta şirkəti hüquqi risq altına sala bilər. Son 1 ay ərzində artıq bir neçə bu tipli real fakt görmüşəm. 

Vacib qeyd: Və ən vacibi struktur səviyyəsində edilən bu səhvlər işçilərin iş potensialını da ciddi şəkildə zəiflədir. Dəstək verməyən sistem, qeyri-müəyyən proseslər və qarışıq AI alətləri işçinin iş keyfiyyətini, motivasiyasını və qərarvermə bacarığını da aşağı salır. Süni intellektin yaratdığı səhv vizuallar şirkətlərin brend imicini bir anda zədələyir və marketinq nəticələrini ciddi şəkildə aşağı salır. Bu nöqsanlar müştərinin etimadını sarsıdır, reklam büdcəsini boşa çıxarır və rəqiblərə üstünlük qazandırır. Nəhayət, belə qüsurlar şirkətin peşəkarlıq reputasiyasını sarsıdan gizli, amma güclü bir təhlükəyə çevrilir.

Bir dəfə reklam verməklə nəticə əldə etmək mümkündür?

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...