Redaktor
Son 5 ildə Azərbaycanda 15 mindən çox avtomobil istehsal olunub
Son 5 ildə Azərbaycanda 15 min 844 ədəd minik avtomobil istehsal olunub.
Valyuta.az xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında 3736 ədəd minik avtomobili istehsal olunub.
2024-cü ilin yanvar-noyabr aylarında isə 5225 ədəd minik avtobili istehsal olunub. Bu onu deməyə əsas verir ki, illik müqayisədə bu ildə avtomobil istehsalı 1489 ədəd və ya 28,49% azalıb.
2023-cü ilin sözügedən dövründə isə 3079 ədəd minik avtomobili istehsalı həyata keçirilib. Yəni ötən ilin eyni dövründə -2024-cü ilin yanvar-noyabr aylarında minik avtomobili istehsalında 2146 ədəd və ya 69,69% artım olub.
2022-ci ilin yanvar-noyabr aylarında 1812 ədəd minik avtomobili istehsal olunub ki, bu da onu deməyə əsas verir ki, 2023-cü ilin eyni dövründə minik avtomobili istehsalında 1267 ədəd və ya 69,92% artım olub.
2021-ci ildə 1992 ədəd minik avtobilinin istehsal olunduğunu nəzərə alsaq, 2022-ci ilin eyni dövründə minik avtomobili istehsalında 180 ədəd və ya 9,03% azalma olub.
2020-ci ildə 1642 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2020-ci ildə minik avtomobili istehsalında 350 ədəd və ya 21,31% artım olduğunu deməyə əsas verir.
| İl | İstehsal (ədəd) | İllik dəyişmə (ədəd) | İllik dəyişmə (%) |
|---|---|---|---|
| 2025 | 3736 | -1489 | -28,49 |
| 2024 | 5225 | 2146 | 69,69 |
| 2023 | 3079 | 1267 | 69,92 |
| 2022 | 1812 | -180 | -9,03 |
| 2021 | 1992 | 350 | 21,31 |
| 15.12.2025 |
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Lukoil"un qlobal aktivlərinin alışı üçün şirkətlər mübarizədə
13.01.2026
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON
13.01.2026Daha 9 startap vergidən azad olundu
13.01.2026Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"
13.01.2026İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi
13.01.2026Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb
13.01.2026İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub
13.01.2026İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub
13.01.2026