Rəsmi iş yeri olmayanlar üçün kredit təklif edən banklar - SİYAHI

Redaktor

29.04.2025 11:05
5,211

Rəsmi iş yeri olmayanlar üçün kredit təklif edən banklar - SİYAHI

Rəsmi iş yeri və əməkhaqqı arayışı olmadan kredit almaq istəyənlər üçün 2025-ci ildə banklar və maliyyə qurumları yeni imkanlar təqdim edir. Ənənəvi kredit tələblərindən fərqli olaraq, bəzi banklar girov, zamin və ya alternativ gəlir sübutu ilə də kredit verir. Bu yanaşma xüsusilə sahibkarlar, freelancerlər, pensiyaçılar və qeyri-rəsmi çalışanlar üçün maliyyə əlçatanlığını artırıb. 

Valyuta.az rəsmi iş yeri olmadan kredit verən bankları təqdim edir:

"Kapital Bank" - Əmanət təminatlı kredit

Mövcuddur: “VİP depozit”, “Kapital depoziti” və “Müddətli Seçim Depoziti” hesabı olan müştərilər üçün

Kredit məbləği: Əmanət məbləğinin 80%-dək

Minimum kredit məbləği: 500 Manat/ABŞ dolları

İllik faiz dərəcəsi: 5%-dən başlayır

"ABB" (Azərbaycan Beynəlxalq Bankı) - Əmanət təminatlı kredit

Keçərlidir: 8 yaşdan yuxarı şəxslər üçün

Kredit məbləği: Əmanətin 60%-dək (maksimum 50 000 manat)

Müddət: 12 ayadək

Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi və əmanət müqaviləsi

"Yelo Bank" - Əmanət təminatlı kredit

Keçərlidir: 18 yaşdan yuxarı şəxslər üçün

Kredit məbləği: 300 AZN-dən başlayır, maksimum əmanətin 100%-i

İllik faiz dərəcəsi: Əmanət faizi + 3%

Təminat: Əmanət hesabı əsasında kredit verilir

"Rabitə Bank" - Lombard krediti 

Kredit təminatı: Zinət əşyalarının girovu əsasında verilir

Kredit məbləği: 20 000 manata qədər

Kredit müddəti: 3 ayadək, maksimum 36 ay

İllik faiz dərəcəsi: 29,99%-dən başlayır

Təkrar müştərilərə 1% endirim tətbiq edilir

Tələb olunan sənəd: Şəxsiyyət vəsiqəsi

"Bank Respublika" - Əmanət təminatlı kredit

Kredit təminatı: Qızıl-zinət əşyalarının girovu ilə verilir

Kredit məbləği: 300 – 30 000 manat

İllik faiz dərəcəsi: 18%-dən başlayır

Təkrar müştərilərə 1% endirim tətbiq edilir

Tələb olunan sənəd: Şəxsiyyət vəsiqəsi

"Bank of Baku" - Lombard krediti, Təqaüd təminatlı kredit

Kredit məbləği: 3000 – 70 000 manat

Depozit təminatlı kredit: illik faiz 15% (Təqaüd haqqında arayış tələb olunur)

Zinət əşyalarının girovu ilə kredit: 300 – 30 000 manat, illik faiz 24%-dən başlayır

"Bank BTB" - Lombard krediti, Kredit kartı

Xüsusiyyət: Zamin tələbi olmadan verilir

Kredit məbləği: 300 – 100 000 manat

İllik faiz dərəcəsi: 20%

Təqaüdçülər üçün ayrıca şərtlər: 300 – 10 000 manat kredit, Visa Classic və ya Master Standart kartları verilir

"Express Bank" - Əmanət təminatlı kredit, Qızıl girovu 

Depozit əsasında kredit: 200 000 manata qədər

İllik faiz dərəcəsi: Depozit faizi + 3%

Qızıl/zinyət girovu ilə kredit: 30 000 AZN-ə qədər, illik faiz 18%-dən başlayır

"Access Bank" - Lombard krediti

Kredit təminatı: Qızıl-zinət əşyalarının girovu

Kredit məbləği: 300 – 50 000 manat

Kredit müddəti: 3 aydan 36 aya qədər

İllik faiz dərəcəsi: 21%-dən başlayır

Komissiya: 1-3%

FİFD (faktiki illik faiz dərəcəsi): 24,96% – 39,9%

Tələblər: Azərbaycan vətəndaşı olmaq, 21-70 yaş aralığında olmaq, şəxsiyyət vəsiqəsi təqdim etmək

"AFB Bank" - Əmanət təminatlı kredit

Kredit məbləği: 500 manatdan başlayır, maksimum əmanət məbləğinin 90%-i

Təminat: AFB Bankdakı əmanət hesabı

Xüsusiyyət: Rəsmi iş yeri olmadan da kredit verilir

Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi və əmanət müqaviləsi

"ATB Bank" - Əmanət təminatlı kredit

Kredit məbləği: Əmanət məbləğinin 90%-i qədər

İllik faiz dərəcəsi: Əmanət faizi + 3%

Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi, əmanət müqaviləsi

Xüsusi şərt: Müştərinin həyat yoldaşının razılığı tələb olunur

"Xalq Bank" - Əmanət təminatlı kredit

Kredit məbləği: Əmanət məbləğinin 90%-i qədər

Kredit müddəti:   adi müştərilər üçün: 12 ayadək

                           təkrar müştərilər üçün: 24 ayadək

Müddətli kreditlər üçün: 48 ayadək

Depozit növləri: “Müddətli”, “Proqress”, “VİP-Rantye”

Tələb olunan sənədlər: Əmanət müqaviləsi və şəxsiyyət vəsiqəsi

Maya Hüseynova

Rəsmi iş yeri olmayanlar üçün kredit təklif edən banklar - SİYAHI

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

18.01.2026

Manat üçün risklər artır? - Bu ilin devalvasiya PROQNOZU

18.01.2026

Bild: ABŞ-nin yeni tarifləri Almaniyaya ildə 15 milyard avro ziyan vura bilər

18.01.2026

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18.01.2026

Biznesiniz niyə "artıq çəki" yığır? – Xərcləri kəsib atmağın yolu

18.01.2026

“Parloa” 350 milyon dollar investisiya aldı

18.01.2026

2026 və sonrakı illər üçün diqqət çəkən 10 Fransa startapı

18.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

18.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual - SƏHƏR OXUSU

18.01.2026

Qızıl alanların DİQQƏTİNƏ: Hansı məhsullar daha keyfiyyətlidir?

17.01.2026

Qırmızı diplomlar tarixə qovuşur?

17.01.2026

Bu şəxslər iş yerində ixtisara gedə bilər

17.01.2026

Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? - VİDEO

17.01.2026

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

17.01.2026

Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI

17.01.2026

“Dünyanı dəyişən ideyalar”ın siyahısı açıqlandı

17.01.2026

16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı

17.01.2026

Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi

17.01.2026

XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək

17.01.2026

Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?

17.01.2026

Məzənnə

Yüklənir...