"Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır - MƏHKƏMƏ İŞİ

Redaktor

29.01.2025 16:45
4,034

"Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır - MƏHKƏMƏ İŞİ

Azərbaycanda fəaliyyət göstərən "Grand Kredit” Lombard şirkəti İ.Hüseynov adlı vətəndaşın 480 000 manatını geri qaytarmır.

Qaynarinfo-ya danışan İ.Hüseynov bildirir ki, dəfələrlə şirkətin rəhbərliyinə müraciət etsə də, nəticəsi olmayıb. Vətəndaş məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. O, tərəflər arasında bağlanmış müqavilənin etbarsız hesab edilməsi və 480 000 min manatın geri qaytarılması ilə bağlı Nizami Rayon Məhkəməsində iddia qaldırıb. 

Qaynarinfo məlumatı dəqiqləşdirmək və işin detallarını öyrənmək üçün İ.Hüseynovla əlaqə saxlayıb.
 
O, məlumatı təsdiqləyib və məsələnin təfərrüatlarını açıqlayıb. 

İ.Hüseynov bildirib ki,  şirkətin təmsilçisi Şahmuradova Arzu Yaqub qızı ilə müqavilələr bağlayıb. İstiqraz müqavilələri əsasında Orxan İbişov Asif oğluna 100 000 USD, 110 000 manat və 200 000 manat - ümumilikdə təxminən 480 min manat pul verilib. 

İ.Hüseynovun sözlərinə görə, bu pullar lombard şirkətinin fəaliyyətinə yönəldilib. ""Grand Kredit” Lombard şirkəti məndən alınmış pulu fiziki şəxslərə 6 faizlə kreditə verirdi. Bir müddət faizlər ödənildi. Amma daha sonra müqavilələrin 2.5-ci bəndinə əsasən 1 ay öncədən xəbərdarlıq etməklə pul vəsaitinin geri istənilməsi üçün "Grand Kredit”ə müraciət etdim. Əsl problemlər də bundan sonra başlandı".

Vətəndaşın sözlərinə görə, o, verdiyi vəsaiti geri istəməsi ilə bağlı dəfələrlə şirkətə xəbərdarlıq etsə də, şirkət bu xəbərdarlığa məhəl qoymayıb. "Artıq 5 aydır ki, pulu geri istəyirəm. Lakin heç bir nəticəsi yoxdur. Bütün bunlar aramızadkı "WhatsApp” yazışmaları ilə də sübut olunur”, - İ.Hüseynov əlavə edib. 

İ.Hüseynov onu da deyir ki, bu müqavilələr Arzu Şahmuradova ilə bağlansa da, əslində vəsait İbişov Orxana verilib: "İbişov Orxanın Azərbaycanda restoran və tikinti biznesi şəbəkələri olduğu üçün adının heç yerdə hallanmasını istəmirdi. Ona görə də müqavilədə borcalan kimi Arzu Şahmuradovanın adının qeyd olunmasını istədi. Amma faktiki olaraq məbləği İbişov Orxana vermişəm. Şahmuradova Arzu da bunu açıq olaraq bildirir, messencer yazışmalarında İbişov Orxan özü də vəsaiti aldığını və kredit götürərək qaytaracağını açıq şəkildə bildirir. Hətta Whatsapp səs yazışmalarının birində Şahmuradova Arzu onun pulun qaytarılması ilə bağlı məlumatının olmadığını, bundan yalnız İbişov Orxanın xəbəri olduğunu, pulun qaytarılmasının da şərikinə, yəni İbişov Orxana aid olduğunu bildirir. Arzu Şahmuradovanın sözlərindən aydın olur ki, İbişov Orxan faktiki olaraq "Grand Kredit”in adı altında özü fəaliyyət göstərir və özü ilə bağlanmış əqdləri pərdələmək məqsədi ilə ondan istifadə edib".

Qeyd edək ki, Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir". 

İ.Hüseynov məhkəməyə təqdim etdiyi iddia ərizəsində əsas tələblərinin nədən ibarət olduğunu da bildirdi: "Müqavilələrin etibarsız hesab olunması ilə bağlı yalan əqdin şərtlərinin tətbiq edilməsi və İbişov Orxanla mənim arasında bağlanmış hesab olunması, 310 000 manat və 100 000 USD məbləğində pul vəsaitinin İbişov Orxandan və Şahmuradova Arzudan tutlaraq mənə ödənilməsini istəmişəm. Çoxsaylı səs yazıları və yazışmaları da sübut kimi məhkəməyə təqdim etmişik. İnanıram ki, ədalət yerini tutacaq".

Qeyd edək ki, hazırda "Grand Kredit" 17 filialı ilə aktiv fəaliyyət göstərir. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

BOKT-lar yalnız üç islam maliyyəsi məhsulu təqdim edəcək - AMB

10.07.2026

Süni intellekt 12 yaşlı qıza öz startapını yaratmağa kömək edib

10.07.2026

1000 manat maaşın nə qədəri xərclənməli, nə qədəri yığılmalıdır?

10.07.2026

Oyun startapı "Bold Games" 6 milyon dollar investisiya cəlb edib

09.07.2026

"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir

09.07.2026

Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap

09.07.2026

Raket mühərriki istehsal edən startap 90 milyonluq investisiya cəlb edib

09.07.2026
OpenAI GPT-5.6 modelini və ChatGPT Work agentini təqdim etdi

OpenAI GPT-5.6 modelini və ChatGPT Work agentini təqdim etdi

09.07.2026

Hindistan Mərkəzi Bankından kriptovalyutalara yeni qadağa çağırışı

09.07.2026

Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 78,6% geriləyib

09.07.2026

Ən uğurlu komandalar niyə tükənmir?

09.07.2026

Texnologiya nəhəngləri işçilərini sürətlə ixtisar edir

09.07.2026

Rəşad Həsənov: Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb

09.07.2026

“Meta” məlumat mərkəzinə 13 milyard dollar yatırır

09.07.2026

Süni intellekt üçün internet Bakcelldən ®

09.07.2026

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

09.07.2026

“Bank Melli İran”ın Bakı filialının mənfəəti 28%-ə yaxın azalıb

09.07.2026

Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib

09.07.2026

Hansı bank avtomobil krediti üçün sərfəlidir?

09.07.2026

Corc Kamel qənaətli yaşamaq üçün 5 vacib məsləhət verib

09.07.2026

Məzənnə

Yüklənir...