Redaktor
4,5 kiloqramlıq ağır avadanlıqdan dəb ikonasına: Qulaqlıqların 130 illik tarixi
Bu gün musiqi dinləmək, zəng etmək və ya oyun oynamaq üçün istifadə etdiyimiz qulaqlıqların tarixi 130 ildən çox əvvələ gedib çıxır. İlk nümunələr telefon operatorları üçün hazırlanmış ağır avadanlıqlar olsa da, zamanla qulaqlıqlar həm texnologiyanın, həm də gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
1890-cı illər - Telefon operatorlarından başlanğıc
Qulaqlıqlar ilk dəfə telefon operatorları tərəfindən istifadə olunurdu. Onlar cəmi bir qulaq üçün nəzərdə tutulmuşdu, istifadəçinin çiyninə söykənirdi və çəkisi 10 funtdan (təxminən 4,5 kq) çox idi.
Həmin dövrdə Böyük Britaniyada yaradılan "Electrophone" xidməti isə istifadəçilərə illik 5 funt sterlinq abunə haqqı müqabilində London teatrlarındakı canlı tamaşaları telefon xətti vasitəsilə dinləməyə imkan verirdi. Radio hələ mövcud olmadığı üçün bu, dövrünün ən innovativ texnologiyalarından hesab olunurdu.
1910-cu ildə mühəndis Nathaniel Baldwin öz mətbəxində müasir qulaqlıqlara bənzəyən ilk audio qulaqlıqları hazırladı. ABŞ Hərbi Dəniz Qüvvələri onun hazırladığı 100 cüt qulaqlığı sifariş etsə də, onların əl ilə hazırlandığını bilmirdi.
1958-ci ildə John Koss ilk stereo qulaqlıq olan Koss SP-3 modelini təqdim etdi. İlk nümunələr karton və köpük materiallarından hazırlansa da, bu model musiqi dinləmə vərdişlərini dəyişdirdi. Qulaqlıqlar artıq yalnız rabitə vasitəsi deyil, musiqi həvəskarları üçün xüsusi hazırlanmış məhsula çevrildi.
1979 – Walkman inqilabı
1979-cu ildə Sony Walkman kaset pleyeri ilə musiqini portativ etdi. Dünyada 400 milyondan çox satılan Walkman insanlara istənilən yerdə musiqi dinləmək vərdişi qazandırdı və portativ qulaqlıqların kütləvi yayılmasına təkan verdi.
2001 - iPod və rəqəmsal musiqi
MP3 pleyerlər daha əvvəl mövcud olsa da, "Apple iPod" rəqəmsal musiqini geniş kütlələrə çatdırdı. Şirkətin ağ rəngli simli qulaqlıqları və uğurlu reklam kampaniyaları onları qısa müddətdə dünyanın ən tanınan texnoloji simvollarından birinə çevirdi.
2008 - Qulaqlıqlar moda aksesuarına çevrildi
Beats, "Urbanears", "Skullcandy" kimi markalar qulaqlıqları sadəcə elektron cihaz deyil, həm də moda elementi kimi təqdim etdilər. Parlaq rənglər, iri dizayn və yüksək qiymətlər bazarda yeni trend formalaşdırdı. Bir çox məşhur sima da müxtəlif qulaqlıq brendlərinin simasına çevrildi.
2013-cü ildə yaradılan LSTN isə fərqli yanaşma nümayiş etdirdi. Şirkət satışdan əldə olunan gəlirin bir hissəsini eşitmə problemi olan insanların müalicəsinə yönəltdi. Qeyri-kommersiya təşkilatı "Starkey Hearing Foundation" ilə əməkdaşlıq çərçivəsində 30 mindən çox insanın yenidən eşitməsinə dəstək verildiyi bildirilir.
Beləliklə, telefon operatorlarının istifadə etdiyi ağır avadanlıq kimi başlayan qulaqlıqlar bu gün həm yüksək texnologiyalı cihaz, həm də gündəlik həyatın və dəbin ayrılmaz hissəsinə çevrilib.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ
24.07.2026Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib
24.07.2026Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL
24.07.2026Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub
24.07.2026"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək
24.07.2026Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24.07.2026Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb
24.07.2026Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI
24.07.2026