Qlobal bazarlarda ABŞ aktivlərindən çıxış davam edir

Redaktor

22.04.2025 14:17
287

Qlobal bazarlarda ABŞ aktivlərindən çıxış davam edir

ABŞ-ın səhmləri, dolları və uzunmüddətli dövlət istiqrazlarından çıxış tempi sabit qalır.

Trampın ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve) sədri Cerom Pauellə (Jerome Powell) bağlı tənqidlərini davam etdirməsi fonunda ABŞ-ın səhmləri, dolları və uzunmüddətli dövlət istiqrazlarından çıxış tempi dəyişməz qalır.

Valyuta.Az-ın verdiyi xəbərə görə, "S&P 500" indeksindəki enişə texnologiya səhmləri də qoşulub və "Nasdaq 100" bazar ertəsi gününü 2,5 faiz azalma ilə başa vurub. ABŞ-ın səhmlərinə dair fyuçerslər səhər saatlarında 0,3 faiz yüksələrək cüzi bərpa siqnalları verir.

Zərərlər qlobal miqyasda da müşahidə olunur; "MSCI Dünya İndeksi" 1,5 faiz azalma ilə ticarətə davam edib. Dolların genişmiqyaslı dəyər itirməsi davam edir. "Bloomberg Dollar İndeksi" bu gün də 0,7 faiz geriləyərək son 15 ayın ən aşağı səviyyəsinə enib.

Etibarlı valyutalardan sayılan İsveçrə frankı dollar qarşısında 1 faizədək möhkəmlənib. ABŞ-ın uzunmüddətli istiqrazlarında da geriləmə davam edir. 10 illik xəzinə istiqrazlarının gəliri doqquz baza bəndi artaraq 4,42 faizə çatıb.

Bu gün Beynəlxalq Valyuta Fondu (IMF) dünya və ölkələr üzrə iqtisadi artım və digər göstəricilərlə bağlı proqnozlarını açıqlayacaq. Vaşinqtonda keçirilən IMF və Dünya Bankının bahar toplantılarında iştirak edən Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək Bakı vaxtı ilə saat 23:45-də "Atlantic Council" panelində çıxış edəcək.

Fed üzvlərindən Filip Ceferson (Philip Jefferson) və Patrik Harker (Patrick Harker) isə İqtisadi Hərəkətlilik Zirvəsində müvafiq olaraq saat 16:00 və 16:30-da çıxış edəcəklər.

Aydın

 ABŞ iqtisadiyyatı, dollar indeksi, ABŞ istiqrazları, "S&P 500", "Nasdaq 100", "Bloomberg Dollar İndeksi", IMF proqnozları, Mehmet Şimşək, Fed rəsmiləri, qlobal bazarlar

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Usain Boltun 2026-cı ildəki sərvəti: gəlir mənbələri və maliyyə strategiyası

24.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual

24.01.2026

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Məzənnə

Yüklənir...