Qızıl qiymətləri üçün yeni rekord proqnozu

Redaktor

04.11.2025 16:18
558

Qızıl qiymətləri üçün yeni rekord proqnozu

Qızıl qiymətləri, son rekord cəhdlərindən sonra mənfəət satışları və siyasi gərginliklərin təsiri ilə qısamüddətli geriləmə yaşasa da, hələ də qlobal bazarların əsas mövzularından biri olaraq qalır. 

Valyuta.az xəbər verir ki, beynəlxalq maliyyə qurumlarının 2026-cı ilə dair analizləri, qızıl üçün yeni yüksəliş dövrünün yaxınlaşdığına işarə edir.

Dünya Bankı: 3 575 dollar səviyyəsində sabit proqnoz

Dünya Bankı 2026-cı il üzrə orta qızıl qiyməti proqnozunu 3 575 dollar səviyyəsində saxlayıb. Hesabatda təhlükəsiz investisiya alətlərinə artan tələbin və mərkəzi bankların güclü alışlarının qiymətli metallarda yüksəlişi dəstəklədiyi vurğulanıb. 

Bank həmçinin bildirib ki, iqtisadi qeyri-müəyyənliklər qızılı yenidən diqqət mərkəzinə gətirib və qiymətlərin 2025-ci ildə 42 faiz, 2026-cı ildə isə əlavə 5 faiz artaraq son illərin ən yüksək orta göstəricilərinə çatacağı gözlənilir.

"Standard Chartered": 4 500 dollar hədəfi qorundu

"Standard Chartered Bank" qızıl qiymətlərinin 4 000 dollar səviyyəsinə qədər geri çəkilməsini sərmayə imkanı kimi qiymətləndirir. Bank "düşüşdə al" strategiyasını önə çıxararaq 12 aylıq qiymət hədəfini 4 500 dollar səviyyəsində saxlayıb. 

Əgər qızılın unsiya qiyməti 4 500 dolları keçərsə və dollar/manat məzənnəsi sabit qalsa, qram qızılın 6 000 manatı aşması ehtimal olunur.

"Goldman Sachs": Proqnoz 4 900 dollara qaldırıldı

"Goldman Sachs" Qərbdən gələn güclü ETF axınları və mərkəzi bankların alışlarına əsaslanaraq 2026-cı ilin dekabrı üçün qızıl proqnozunu 4 300 dollardan 4 900 dollara yüksəldib. Bank bildirib ki, özəl sektor portfellərinin diversifikasiyasında qızıla üstünlük verilməsi ETF həcmlərini proqnozdan daha çox artıra bilər.

"Citi": Qısamüddətli sabitlik, orta müddətli güclü artım

"Citi" yaxın dövrdə qızıl qiymətlərinin 4 000 dollar ətrafında sabitləşəcəyini, ABŞ hökumətinin fəaliyyətinin bərpası və Çin–ABŞ münasibətlərində mümkün razılaşmaların müvəqqəti konsolidasiyaya səbəb ola biləcəyini qeyd edib. 

Bank orta müddətdə isə əmtəə bazarlarında ümumi yüksəliş gözləyir və misin tonunun 12 000 dollara, alüminiumun isə 2027-ci ilə qədər 3 500 dollara çatacağını proqnozlaşdırır.

"Morgan Stanley": 4 500 dollara doğru güclü yüksəliş

"Morgan Stanley" fiziki tələbin və iqtisadi qeyri-müəyyənliklərin qızıl qiymətlərini dəstəklədiyini bildirərək, 2026-cı ilin ortalarınadək unsiya başına 4 500 dollara çatma ehtimalını yüksək qiymətləndirib. Bank son korreksiyanın texniki göstəriciləri “daha sağlam” səviyyəyə gətirdiyini və yeni yüksəliş mərhələsinə zəmin yaratdığını qeyd edib.

"Wells Fargo": proqnoz 4 700 dollar diapazonuna yüksəldi

ABŞ-ın nəhəng maliyyə qurumu "Wells Fargo" 2026-cı ilin sonu üçün qızıl qiyməti proqnozunu 3 900–4 100 dollar aralığından 4 500–4 700 dollar səviyyəsinə qaldırıb. Bankın fikrincə, bu dəyişiklik qızılın uzunmüddətli “təhlükəsiz liman” statusunu möhkəmləndirir və investorların yenidən bu istiqamətə yönələcəyini göstərir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...