Redaktor
“Qala Sığorta”nın yığımlarında 1 milyonluq azalma
2026-cı ilin yanvar ayında “Qala Sığorta”nın sığorta yığımları azalıb.
Valyuta.az xəbər verir ki, şirkət bu ilin yanvar ayında 4 milyon 228 min manat sığorta yığımı toplayıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 374 min manat və ya 24,52 % azdır. Ötən ilin yanvar ayında “Qala Sığorta”nın yığımları 5 milyon 602 min manat təşkil edib.
Sığorta şirkətinin ödənişlərində də azalma qeydə alınıb. 2026-cı ilin yanvar ayında “Qala Sığorta”nın ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 14 min manat və ya 0,75 % azalaraq 1 milyon 855 min manata düşüb. 2025-ci ilin yanvar ayında isə şirkət ödənişlərə 1 milyon 869 min manat yönəltmişdi.
Nəticədə, 2025-ci ilin ilk ayında şirkət hər 100 manat sığorta yığımının 33,36 manatını ödənişə yönəltdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 43,87 manata yüksəlib.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026