Peşəkar səviyyəli kibertəhdid: "Linux" tarixində görünməmiş casus proqramı 

Redaktor

16.01.2026 13:30
42

Peşəkar səviyyəli kibertəhdid: "Linux" tarixində görünməmiş casus proqramı 

Kibertəhlükəsizlik dünyası “Linux” əsaslı sistemləri və bulud infrastrukturlarını hədəfə alan, bu günədək görülməmiş səviyyədə inkişaf etmiş bir casus proqramı ilə sarsılıb. 

Valyuta.az xəbər verir ki, “VoidLink” adlandırılan bu yeni təhdid hücumçulara yoluxdurulan sistemdə demək olar limitsiz hərəkət imkanı yaradır.

“Check Point” tədqiqatçıları tərəfindən aşkar edilən bu struktur sadə virusdan çox, hər biri fərqli funksiyanı yerinə yetirən 30-dan artıq modulu olan genişmiqyaslı ekosistem kimi fəaliyyət göstərir. Bu modullar vasitəsilə hücumçular sızdıqları şəbəkə daxilində səssizcə irəliləyə, səlahiyyət səviyyələrini yüksəldə və təhlükəsizlik divarlarını hiss etdirilmədən aşa bilirlər. Ən diqqətçəkən məqam isə odur ki, bu komponentlər hücumun hədəfinə uyğun olaraq istənilən anda əlavə edilə və ya çıxarıla bilir.

“VoidLink”in əsas ixtisaslaşdığı sahə müasir dünyanın ürəyi sayılan bulud xidmətləridir. Proqram təminatı “AWS”, “Azure” və “Google Cloud” kimi qlobal nəhənglərlə yanaşı, “Alibaba” və “Tencent” platformalarını da dərhal müəyyən edə bilir. Hansı bulud provayderindən istifadə edildiyini anlamaq üçün həmin şirkətlərin öz idarəetmə interfeyslərindən yararlanacaq qədər “ağıllı” davranır. Kodlar arasındakı ipucları tərtibatçıların yaxın gələcəkdə “DigitalOcean” və “Huawei” kimi platformaları da bu hədəf siyahısına daxil etməyi planlaşdırdıqlarını göstərir. Mütəxəssislər bildirirlər ki, “Windows” serverləri üçün bu səviyyədə inkişaf etmiş alətlər illərdir mövcuddur, lakin “Linux” dünyasında belə “peşəkar” yanaşmaya olduqca nadir hallarda rast gəlinir.

Peşəkar təhdid və Çin izləri

Araşdırmaçılar “VoidLink”in təsadüfi hücumçuların deyil, ciddi maliyyə və texniki dəstəyə malik peşəkar qrupların işi olduğu qənaətindədirlər. Proqramın istifadəçi interfeysinin çin dilində olması və kodlardakı şərh sətrləri bu təhlükəli alətin Çinlə əlaqəli mühitdə hazırlandığına dair güclü işarələr verir. Müsbət cəhət ondan ibarətdir ki, proqram hələ geniş miqyasda istifadəyə buraxılmayıb. 

“Check Point” komandası “VoidLink”i virus skan platformalarında şübhəli paketləri araşdırarkən, hələ inkişaf mərhələsində ikən aşkar etməyə nail olub. Əgər bu proqram vaxtında müəyyən edilməsəydi, şirkətlər aylarla sistemlərinin nəzarət altına alındığından xəbərsiz qala bilərdilər.

“VoidLink”in imkanları yalnız izləməklə məhdudlaşmır. O, yoluxdurduğu sistemdə “Docker” konteynerinin və ya “Kubernetes” podunun işləyib-işləmədiyini təhlil edir, “SSH” açarlarından brauzer kukilərinə qədər müxtəlif identifikasiya məlumatlarını toplayır. Mövcudluğunu gizlətmək üçün rootkit funksiyalarını işə salır və təhlükəsizlik proqramlarından yayınmaq məqsədilə sistemin normal fəaliyyətləri arasına qarışır.

Hələlik aktiv hücum faktı qeydə alınmasa da, mütəxəssislər “Linux” və bulud əsaslı iş yüklərindən istifadə edən qurumların bundan sonra daha diqqətli olmalarının vacibliyini vurğulayırlar.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu kollecə direktor təyin edildi

16.01.2026

Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?

16.01.2026

“Endirim biznes üçün təhlükəli ola bilir”

16.01.2026

Bakı və Abşeronda məcburi köçürmələr - Kompensasiya hansı əsaslarla ödəniləcək? - DETALLAR

16.01.2026

Bakıda mobil internetin vəziyyəti necədir?

16.01.2026

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib

16.01.2026
“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

“Kontakt Home”la bağlı iş qaldırıldı - Qanun pozuntusuna yol verilib

16.01.2026

“Bank Respublika”nın nağd vəsaitləri 23% azalıb

16.01.2026

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı - 9% artıb

16.01.2026

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

16.01.2026

İşçilər iş yerində kamera və səs yazısı ilə izlənilə bilərmi? - Hüquqşünas açıqladı

16.01.2026

İnternetin köhnə nəhəngi yuxudan oyandı, geri döndü

16.01.2026

Peşəkar səviyyəli kibertəhdid: "Linux" tarixində görünməmiş casus proqramı 

16.01.2026

Süni intellekt alət olmaqdan çıxır, iş ortağına çevrilir - 7 tendensiya açıqlandı

16.01.2026

Minimum maaş Azərbaycanda 21 ildə nə qədər artıb? - CƏDVƏL

16.01.2026

Yeni strategiya nəticə verdi: AFB Bank 2025-ci ildə 43,3% böyüdü! ®

16.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

16.01.2026

Azərbaycan mobil internet sürətinə görə neçənci yerdədir?

16.01.2026

Sabahın hava proqnozu

16.01.2026
"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir

"Ziraat Bank Azərbaycan": Mənfəət artsa da, xərclər və risklər yüksəlir

16.01.2026

Məzənnə

Yüklənir...