Redaktor
Orxan Məmmədov: "KOB-ların inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır"
Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.
Onun sözlərinə görə, bu yanaşma KOB-ların dəstəklənməsinə, eləcə də onların ixrac imkanlarının genişləndirilməsinə xidmət edir:

"Hesab edirik ki, bunun üçün təkcə maliyyəyə və kreditə çıxışın artırılması kifayət deyil. KOB-ların böyüməsi və beynəlxalq bazarlara çıxışı üçün biznesin inkişafının bütün mərhələlərini əhatə edən maliyyə ekosistemi formalaşdırılmalıdır. Birincisi, bu sahədə fəaliyyət göstərən qurumlar risklərin bölüşdürülməsi alətlərini genişləndirməlidir. Kredit zəmanətləri və portfel zəmanət sxemləri kimi mexanizmlər KOB-ların üzləşdiyi çətinliklərin aradan qaldırılmasına kömək edə bilər. Bu alətlər kommersiya banklarının risk yükünü azaltdığı üçün onların KOS-lara daha çox kredit ayırmasını təşviq edir".
O.Məmmədov qeyd edib ki, ticarətin maliyyələşdirilməsi də mühüm əhəmiyyət daşıyır: "İxrac kreditləri, faktorinq, tədarük zəncirinin maliyyələşdirilməsi və ixrac sığortası KOB-lara pul axınlarını daha səmərəli idarə etməyə, ödəniş risklərini azaltmağa və beynəlxalq bazarlarda daha inamla rəqabət aparmağa imkan verir. Üçüncüsü, qarışıq maliyyələşdirmə, xüsusilə mikro və kiçik bizneslər üçün mühüm imkanlar yaradır. İnkişaf banklarının, dövlət qurumlarının, özəl maliyyə institutlarının və biznes assosiasiyalarının resurslarını birləşdirməklə həm maliyyələşmə xərclərini azaltmaq, həm də daha çox investisiya cəlb etmək mümkündür. Bu, xüsusilə innovasiya, rəqəmsallaşma və "yaşıl" texnologiyalara yatırım edən sahibkarlar üçün böyük əhəmiyyət daşıyır".
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAlmaniya startapı 1,2 milyard dollar investisiya cəlb etdi
02.07.2026Sotu bir milyon manat: Paytaxtda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər açıqlandı - VİDEO
02.07.2026"Kakaku.com" üçün təklif 4,12 milyard dollara qaldırıldı
02.07.2026Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətləri bazarına daxil olur
02.07.2026Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar
02.07.2026ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı
02.07.2026"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər
02.07.2026Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb
02.07.2026"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır
02.07.2026"Bakı Metropoliteni" 3,2 milyon manatlıq tender elan edib
02.07.2026Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ
02.07.2026Texnologiyada qadınların inkişafına həsr olunan “TechSHEroes” IV tədbiri keçiriləcək!
02.07.2026