Redaktor
"OpenAI" ABŞ hökumətinə şirkətdə 5 faizlik pay təklif edib
"OpenAI" ABŞ hökumətinə şirkətdə 5 faizlik pay ayrılmasını təklif edib.
Valyuta.az xəbər verir ki, təşəbbüs Vaşinqtonun süni intellekt şirkətlərinə artan siyasi və tənzimləyici təzyiqini azaltmağa yönəlib.
Məlumata əsasən, təklif "OpenAI"nin baş icraçı direktoru Sem Altman tərəfindən Donald Tramp administrasiyası ilə aparılan ilkin müzakirələr zamanı irəli sürülüb.
Altman hesab edir ki, dövlətin şirkətdə maliyyə marağının olması süni intellektin yaratdığı iqtisadi dəyərin cəmiyyətlə bölüşdürülməsi üçün ən effektiv mexanizmlərdən biridir.
"OpenAI"nin mart ayında başa çatan son investisiya raundundan sonra şirkətin bazar dəyəri 852 milyard dollara çatıb. Bu qiymətləndirmə əsasında hökumətə təklif olunan 5 faizlik payın dəyəri təxminən 42,6 milyard dollar təşkil edir.
Müzakirə edilən modelə əsasən, ABŞ hökuməti xüsusi dövlət investisiya fondu vasitəsilə yalnız "OpenAI"də deyil, həmçinin "Anthropic", "Google" və "Meta" kimi aparıcı Amerika süni intellekt şirkətlərində də 5 faizlik pay əldə edə bilər.
Lakin həmin şirkətlərin belə bir təşəbbüsə razılıq verib-verməyəcəyi hələ məlum deyil.
Məsələ ilə bağlı Ağ Ev, eləcə də "OpenAI", "Anthropic", "Google" və "Meta" hələlik rəsmi açıqlama verməyib.
Son aylarda ABŞ administrasiyası süni intellekt sektoruna nəzarəti gücləndirib. Buna kibertəhlükəsizlik riskləri, qabaqcıl süni intellekt modellərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar və Çin şirkətlərinin daha ucuz açıq mənbəli modellərlə artan rəqabəti səbəb göstərilir.
"CNBC"nin daha əvvəl yaydığı məlumata görə, hökumətin "OpenAI"də pay sahibi olması ideyası bir ildən artıqdır müzakirə olunur.
Sem Altman bu konsepsiyanı ilk dəfə 2025-ci ilin əvvəlində Donald Tramp administrasiyasına təqdim edib. Şirkət bu ilin aprelində də süni intellekt sahəsində yaradılan iqtisadi dəyərin cəmiyyətə çatdırılması məqsədilə "ictimai sərvət fondu"nun yaradılmasını təklif etmişdi.
Qeyd edək ki, Donald Tramp administrasiyası strateji əhəmiyyət daşıyan bəzi özəl şirkətlərə dövlət sərmayəsi yatırılması təcrübəsinə malikdir.
ABŞ hökuməti ötən il "Intel"ə 8,9 milyard dollar investisiya qoyaraq şirkətdə 10 faizlik pay əldə edib. Donald Tramp daha sonra süni intellekt şirkətlərində dövlət payını amerikalıların bu texnoloji inqilabın birbaşa iştirakçısına çevrilməsi baxımından müsbət addım kimi qiymətləndirib.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAlmaniya startapı 1,2 milyard dollar investisiya cəlb etdi
02.07.2026Sotu bir milyon manat: Paytaxtda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər açıqlandı - VİDEO
02.07.2026"Kakaku.com" üçün təklif 4,12 milyard dollara qaldırıldı
02.07.2026Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətləri bazarına daxil olur
02.07.2026Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar
02.07.2026ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı
02.07.2026"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər
02.07.2026Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb
02.07.2026"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır
02.07.2026"Bakı Metropoliteni" 3,2 milyon manatlıq tender elan edib
02.07.2026Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ
02.07.2026Texnologiyada qadınların inkişafına həsr olunan “TechSHEroes” IV tədbiri keçiriləcək!
02.07.2026