TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Redaktor

15.12.2025 12:42
262

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 15-də 349 milyon 529 min 291 kVt/saat həcmində sifariş alınıb.

Valyuta.az bu barədə TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,14 % azdır.

Kipoi çıxış nöqtəsindən dekabrın 16-dan 22-dək 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, dekabrın 9-dan 15-dək olan sifariş göstəriciləri ilə müqayisədə 0,43 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən dekabrın 15-dən 22-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən dekabrın 15-dən 22-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 15-dən 22-dək 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 8-dən 15-dək olan sifariş göstəriciləri ilə müqayisədə eyni qalıb.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

Prezident İlham Əliyev Davos Forumunda iştirak edəcək

18.01.2026

Manat üçün risklər artır? - Bu ilin devalvasiya PROQNOZU

18.01.2026

Bild: ABŞ-nin yeni tarifləri Almaniyaya ildə 15 milyard avro ziyan vura bilər

18.01.2026

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18.01.2026

Biznesiniz niyə "artıq çəki" yığır? – Xərcləri kəsib atmağın yolu

18.01.2026

“Parloa” 350 milyon dollar investisiya aldı

18.01.2026

2026 və sonrakı illər üçün diqqət çəkən 10 Fransa startapı

18.01.2026

Sığorta şirkətlərinin ən az ödəniş etdiyi sığorta növləri - CƏDVƏL

18.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual - SƏHƏR OXUSU

18.01.2026

Qızıl alanların DİQQƏTİNƏ: Hansı məhsullar daha keyfiyyətlidir?

17.01.2026

Qırmızı diplomlar tarixə qovuşur?

17.01.2026

Bu şəxslər iş yerində ixtisara gedə bilər

17.01.2026

Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? - VİDEO

17.01.2026

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

17.01.2026

Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI

17.01.2026

“Dünyanı dəyişən ideyalar”ın siyahısı açıqlandı

17.01.2026

16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı

17.01.2026

Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi

17.01.2026

XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək

17.01.2026

Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?

17.01.2026

Məzənnə

Yüklənir...