Redaktor
Neft qiymətləri dayanmır: Analitiklərdən yeni proqnoz
Neft qiymətləri 13 mart səhər saatlarında yüksəlməyə davam edib və Brent markalı neftin qiyməti bir barel üçün 102 dollardan yuxarı ticarət edilib. ABŞ WTI nefti 1,84 dollar bahalaşaraq 97,57 dollar/barel təşkil edib.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, investorlar İranın Hörmüz boğazını tamamilə bağlayacağına söz verməsindən sonra yeni şoklara hazırlaşırlar.
12 martda Beynəlxalq Energetika Agentliyi (BEA) xəbərdarlıq edib ki, neft təchizatındakı fasilələr tarixdəki ən böyükdür. Agentlik qeyd edir ki, Hörmüz boğazının demək olar ki, tam bağlanması dünya bazarına neft, təbii qaz və dizel tədarükünü dayandırıb və enerji qiymətlərini artırıb.
"Sparta Commodities" şirkətinin baş analitiki Filip Konz-Lyuks bildirir ki, BEA üzv ölkələrinin rekord həcmdə ehtiyat sərbəst buraxması neftin “stratosferik” səviyyəyə qalxmasının qarşısını qısa müddətlik alacaq, lakin uzunmüddətli təsiri şübhəlidir.
ABŞ 12 mart tarixinə qədər yüklənmiş Rusiya nefti və neft məhsullarının satışına müvəqqəti icazə verib. İcazələrin 11 aprel 2026-cı ilə qədər qüvvədə olması planlaşdırılır. ABŞ maliyyə naziri Skott Bessent X sosial şəbəkəsində yazıb ki, Rusiyaya qarşı sanksiyaların müvəqqəti ləğvi neft qiymətlərini endirmək məqsədi daşıyır.
Eyni zamanda, ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri martın sonuna qədər tankerleri boğazdan müşayiət edə bilər. Lakin Xarici Siyasət Araşdırmaları İnstitutunun prezidenti Aaron Steyn buna şübhə ilə yanaşır: “Fəal döyüş əməliyyatları zamanı minaları zərərsizləşdirmək mümkün deyil və Hərbi Dəniz Qüvvələri boğaza girmək istəməz”.
Ekspertlər gözləyir ki, İrandakı müharibə bitənə qədər neftin qiyməti barreldə 85 dolların altına düşməyəcək. Steyn əlavə edir ki, 85–105 dollar aralığı qiymətlərin münaqişə bitənədək əsaslandırılmış diapazonudur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
13.03.2026Nazirlik "Dokta"da yoxlama apardı - Pozuntular aşkarladı
13.03.2026"Binance" 8 kriptovalyutanı “izləmə siyahısı”na aldı - birjadan çıxarılma riski var
13.03.2026Neft qiymətləri dayanmır: Analitiklərdən yeni proqnoz
13.03.2026Trampın sərvəti niyə 1,4 milyard dollar artıb?
13.03.2026Rusiyadan idxal iki dəfəyə yaxın azalıb
13.03.2026Qalmaqallı şirkət nizamnamə kapitalını 5 milyon manat azaltdı
13.03.2026Avro dollara qarşı 2025-ci ilin avqust ayından bəri ən aşağı səviyyəyə düşdü
13.03.2026Restoranlar müştərilərdən nəyi gizlədir?
13.03.2026Şənbə gününün hava proqnozu
13.03.2026Yetərli maaş nə qədər olmalıdır? - İsmayıl Məmmədov
13.03.2026Mayda 14 gün iş olmayacaq
13.03.2026Baş nazirdən inflyasiya ilə bağlı AÇIQLAMA
13.03.2026Bakı metrosu ötən il 167 milyon qazanıb
13.03.2026Bakıda 200 min mənzil inşa ediləcək
13.03.2026Paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur
13.03.2026