Redaktor
"Binance" 8 kriptovalyutanı “izləmə siyahısı”na aldı - birjadan çıxarılma riski var
Kriptovalyuta birjası "Binance" platformadan çıxarılma riski olan aktivlərin yer aldığı İzləmə Siyahısına (Monitoring Tag) daha 8 kriptovalyuta əlavə etdiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, birjanın məlumatına görə, siyahıya daxil edilən tokenlər aşağıdakılardır:
Automata Network (ATA)
Arena-Z (A2Z)
FIO Protocol (FIO)
Gitcoin (GTC)
Neutron (NTRN)
Phoenix (PHB)
BENQI (QI)
Radiant Capital (RDNT)
"Binance" bildirib ki, İzləmə Siyahısı etiketi olan tokenlər digər kriptovalyutalarla müqayisədə daha yüksək risk və volatillik daşıyır. Bu səbəbdən həmin layihələr mütəmadi olaraq qiymətləndirilir və listinq tələblərini qarşılamadıqları halda platformadan çıxarıla (delist edilə) bilər.
Birja həmçinin qeyd edib ki, bu tokenlərlə əməliyyat aparmaq istəyən istifadəçilər hər 90 gündən bir "Binance Spot" və ya "Margin" platformasında risklə bağlı testdən keçməli və istifadə şərtlərini qəbul etməlidirlər. Bu addımın məqsədi investorların yüksək riskli aktivlərlə ticarət etməzdən əvvəl riskləri daha yaxşı anlamasını təmin etməkdir.
"Binance" layihələri komandanın fəaliyyəti, inkişaf səviyyəsi, ticarət həcmi və likvidlik, şəbəkə təhlükəsizliyi, ictimai kommunikasiya və ekosistemə töhfə kimi meyarlar əsasında mütəmadi olaraq qiymətləndirdiyini də bildirib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026