Redaktor
"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
"Microsoft" şirkətində "Windows" və "Microsoft 365" tətbiqləri — o cümlədən "Word" və "Teams" kimi məhsullara nəzarət edən əsas rəhbərlərdən biri olan Rajeş Jha 30 ildən artıq fəaliyyətindən sonra təqaüdə çıxacağını elan edib.
Valyuta.az xəbər verir ki, o, cümə axşamı açıqlamasında "Experiences + Devices" bölməsinin rəhbəri vəzifəsindən 1 iyul tarixindən etibarən ayrılacağını bildirib. Şirkət əməkdaşlarına göndərilən daxili məktuba əsasən, Jha bundan sonra "Microsoft"da məsləhətçi rolunda fəaliyyətini davam etdirəcək.
Rajeş Jhanın rəhbərlik etdiyi bölmə "Windows" əməliyyat sistemi və "Microsoft 365" proqramları ilə yanaşı, şirkətin öz hardware məhsulları — məsələn, "Surface" fərdi kompüterlərinin inkişafı üzərində də çalışır.
Jha həmçinin şirkət daxilində bir neçə rəhbər vəzifəyə yeni təyinatların edildiyini açıqlayıb. Belə ki, Jeff Teper icraçı vitse-prezident vəzifəsinə yüksəldilib, Sumit Çauhan və Kirk Koenigsbauer isə prezident vəzifəsinə təyin olunublar. O qeyd edib ki, bu rəhbərlik dəyişiklikləri "Microsoft"un baş icraçı direktoru Satya Nadella ilə birlikdə bir müddətdir planlaşdırılırdı.
"Rajeş mənim 'Microsoft'dakı bütün karyeram boyunca sabit və etibarlı bir lider olub," — deyə Satya Nadella bildirib.
Xatırladaq ki, ötən ay şirkət oyun bölməsinin rəhbəri Fil Spenserin də təqaüdə çıxdığını elan etmiş və onun yerinə şirkət daxilindən Aşa Şarmanı bölmənin icraçı vitse-prezidenti və baş direktoru təyin etmişdi.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026