Trampın sərvəti niyə 1,4 milyard dollar artıb?

Redaktor

13.03.2026 13:40
27

Trampın sərvəti niyə 1,4 milyard dollar artıb?

ABŞ prezidenti Donald Trampın sərvəti son bir ildə əhəmiyyətli dərəcədə artıb.

Valyuta.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il üzrə “Dünya milyarderləri” siyahısına əsasən, Trampın sərvəti hazırda 6,5 milyard dollar qiymətləndirilir. Bu, ötən illə müqayisədə 1,4 milyard dollar artım deməkdir.

"Forbes"in məlumatına görə, Tramp bu göstərici ilə dünyanın 3 428 milyarderi arasında 645-ci yerdə qərarlaşıb. 2025-ci ildə isə o, reytinqdə 700-cü pillədə idi.

Sərvətin artımında əsas rol kriptovalyuta layihələri oynayıb. Bildirilir ki, Tramp və ailəsinin 2024-cü ildə yaratdığı "World Liberty Financial" kripto layihəsinin token satışlarından təxminən 550 milyon dollar gəlir əldə edilib. Bundan əlavə, şirkətin 49%-lik payının BƏƏ kral ailəsi ilə əlaqəli "Aryam Investment" şirkətinə satılması Trampa təxminən 200 milyon dollar qazandırıb.

"Forbes" həmçinin qeyd edir ki, Trampın müxtəlif kripto aktivləri - "$WLFI" tokenləri və $TRUMP memecoini - ümumilikdə təxminən 570 milyon dollar dəyərində qiymətləndirilir. Onun şirkətdə qalan 38%-lik payı isə təxminən 240 milyon dollar dəyərində hesablanır.

Trampın aktivlərinin dəyərinin artmasına təsir edən digər amillərdən biri də Palm-Biçdə yerləşən Mar-a-Lago rezidensiyasıdır. "Forbes" bu əmlakın dəyərini hazırda 560 milyon dollar olaraq qiymətləndirir. Bundan əlavə, Trampın ABŞ-ın altı ştatında yerləşən 10 qolf meydançasının ümumi dəyəri təxminən 550 milyon dollara yüksəlib.

Bununla belə, kriptovalyuta qiymətlərinin və "Trump Media & Technology Group" şirkətinin səhmlərinin ucuzlaşması Trampın sərvətinin daha da artmasının qarşısını alıb. Buna baxmayaraq, "Forbes" qeyd edir ki, prezident yeni layihələrindən əldə etdiyi yüz milyonlarla dollar sayəsində maliyyə baxımından hələ də güclü mövqedədir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...