Redaktor
Yanaşı iki mağaza - Necə olur ki biri yaxşı qazanır, digəri yox?
Bakıda ən diqqətçəkən nüanslardan şəhərin hər hansı ərazisində eyni biznes müəssisələrinin yerləşməsidir. Məsələn, bəzən yan-yana bir neçə geyim və ya telefon dükanları yerləşir. Biznes yönündən bunun daha strateji olduğu deyilsə də, bəzi hallarda bir neçə mağazadan birinin yaxşı qazandığını ancaq digərinin satışlarının olmadığını görürük. Buna əsas səbəb nədir?
Biznes təlimçisi İlham Əfəndiyev Valyuta.az-a açıqlamasında bildirib ki, Bakıda eyni tip bizneslərin yan-yana yerləşməsi əslində təsadüfi deyil, bu “ticarət klasteri” prinsipi kimi tanınır:
“İnsanlar müəyyən məhsulu almaq istəyəndə həmin zonaya gəlməyi öyrəşirlər və beləliklə, müştəri axını artır. Amma eyni yerdə olsalar da, bütün mağazalar eyni satmır, çünki fərqi yaradan əsas amillər sahibkarın satış bacarığı, müştəri ilə ünsiyyət, məhsul seçimi, qiymət strategiyası, vitrin və mağazanın görünüşü, həmçinin etibar və reputasiyadır”.

O deyir ki, bir mağaza müştərini cəlb edib qərar verməyə kömək edir, digəri isə sadəcə məhsulu gözləyir, nəticədə satış fərqi yaranır: “Bir çox sahibkar yerini dəyişmir, çünki yeni yer tapmaq, təmir, köçmə və yeni müştəri axını yaratmaq əlavə risk və xərc deməkdir, halbuki hazırkı yerdə az da olsa sabit axın var. Satış edə bilməyən obyekt fərqi bağlamaq üçün ilk növbədə özünü fərqləndirməlidir: daha düzgün məhsul seçmək, qiymət və paket təklifləri etmək, aktiv satış üslubu qurmaq, onlayn reklam və sosial şəbəkələrdən istifadə etmək, vitrin və mağaza təqdimatını yaxşılaşdırmaq və müştəriyə real dəyər göstərməkdir. Eyni yerdə olub daha ağıllı satış edən mağaza adətən bazarı qazana bilir”.
Şəbnəm İbrahimxəlilova
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərŞənbə gününün hava proqnozu
13.03.2026Yetərli maaş nə qədər olmalıdır? - İsmayıl Məmmədov
13.03.2026Mayda 14 gün iş olmayacaq
13.03.2026Baş nazirdən inflyasiya ilə bağlı AÇIQLAMA
13.03.2026Bakı metrosu ötən il 167 milyon qazanıb
13.03.2026Bakıda 200 min mənzil inşa ediləcək
13.03.2026Paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur
13.03.2026
Yanaşı iki mağaza - Necə olur ki biri yaxşı qazanır, digəri yox?
13.03.2026Peşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta ödənişləri 34% azalıb
13.03.2026
Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb
13.03.2026Müharibə başlayandan İran kriptobirjalarından 10 mln. dollarlıq aktiv çıxarılıb
13.03.2026Ali Məhkəmədən şərikli ticarətlə bağlı mühüm QƏRAR
13.03.2026“Aqrarkredit” BOKT 7 əmlakını hərraca çıxarır - Qiymətlər
13.03.2026Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 44 nəfər işdən çıxarıldı
13.03.20266 sığorta növü üzrə yanvarda yığım və ödəniş qeydə alınmayıb - SİYAHI
13.03.2026