Paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur

Redaktor

13.03.2026 11:30
28

Paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur

Paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur.

Valyuta.az "Oxu.az"a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif olunur.

Bildirilir ki, Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada böyük bir təhsil müəssisəsinin açılması faydalı ola bilər.

Vurğulanır ki, Bakı şəhəri və ətraf ərazilərdə kifayət qədər ali təhsil müəssisələrin fəaliyyət göstərdiyi üçün bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən çox yüklənməsinə səbəb olur. Bu baxımdan Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni universitetlərin yaradılması məqsədəuyğun hesab olunmur.

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...