Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb

Redaktor

13.03.2026 11:00
1,232

Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb

Pandemiya dövründə bir çox biznes sürətlə onlayn fəaliyyətə keçməyə məcbur oldu. Bu dövrdə azərbaycanlı bankir Zeynal Kərimzadə sahibkarlara ödənişləri qoşmağa və satışları vahid sistem vasitəsilə idarə etməyə imkan verən “Epoint” fintech platformasını yaradıb. Hazırda startap Azərbaycan və Gürcüstanda fəaliyyət göstərir və platforma vasitəsilə həyata keçirilən illik tranzaksiya həcmi 300 milyon dollara çatır.

Valyuta.az "The Tech"ə istinadən xəbər verir ki, Zeynal Kərimzadə “E-Point Incorporation” şirkətinin təsisçisi və direktorudur.

Şirkətin baş ofisi ABŞ-da qeydiyyatdan keçib. O, bank sektorunda 15 ildən artıq təcrübəyə malikdir və əsasən POS-terminal biznesi, elektron ticarət və internet bankçılığı sahələrində çalışıb.

Startap ideyası pandemiya dövründə yaranıb. Həmin vaxt bizneslərin onlayn fəaliyyətə keçməsi sürətlə artsa da, banklarda və fintech şirkətlərində qoşulma prosesi 30–40 gün çəkirdi. Bu problemi həll etmək üçün Kərimzadə bankdakı işindən ayrılaraq bizneslərin ödəniş infrastrukturuna daha sürətli qoşulmasına imkan verən platforma hazırlayıb. 2021-ci ilin iyununda məhsulun MVP versiyası istifadəyə verilib, oktyabrda isə tam funksional versiya istifadəyə çıxarılıb. Layihə ilkin mərhələdə şəxsi vəsait hesabına maliyyələşdirilib.

Şirkət qısa müddətdə sürətlə böyüyüb. İllik emal olunan tranzaksiyaların ümumi həcmi 300 milyon dollara çatıb. 2025-ci ildə startapın illik təkrarlanan gəliri (ARR) 2,6 milyon dollar olub ki, bu da əvvəlki illə müqayisədə 49% artım deməkdir. Hazırda platformada təxminən 1500 biznes qeydiyyatdan keçib. Komanda isə 50 nəfərə qədər böyüyüb və şirkətdə KYC, AML, hüquq, satış və məhsul bölmələri fəaliyyət göstərir.

Startap ABŞ-ın “500 Global” akselerasiya proqramında iştirak edərək 100 min dollar investisiya əldə edib. Daha sonra “Startup Wise Guys” proqramını keçib və Qazaxıstanın “ActivatVC” fondu ilə yanaşı bir neçə mələk investordan maliyyə dəstəyi alıb. Ümumilikdə “Epoint” startapı indiyədək 1 milyon dollar investisiya cəlb edib. ​Şirkətin hazırda bazar dəyəri 20 milyon dollar səviyyəsindədir. Şirkət 2025-ci ildə Gürcüstan bazarına daxil olub və yaxın illərdə Mərkəzi Asiya ölkələrinə çıxmağı planlaşdırır. Hazırda yeni investisiya raundu çərçivəsində 2 milyon dollar cəlb etmək və regionda fəaliyyətini genişləndirmək əsas hədəflərdən biridir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

100 yaşlı neftçi Məsməli Mustafayev: 16 yaşında neft mədənində işləməyə başlayıb

19.07.2026

Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsi başa çatıb

19.07.2026

Süni intellektin köməyi ilə görünməz dron hazırlanıb

19.07.2026

200 milyon dollara çəkildi, 1 milyarddan çox qazandı – Maykl Cekson filmi tarix yazdı

19.07.2026

Üç hava döşəyi ilə başladılar: 15 investorun rədd etdiyi ideya necə 25 milyardlıq şirkətə çevrildi?

18.07.2026

"Google" süni intellekt yarışında mövqelərini itirir

18.07.2026

Azərbaycana idxal olunan badımcanın 1 kiloqramı neçəyə başa gəlir?

18.07.2026

"BlackRock" CEO-su: "Kriptovalyuta bazarı daha sabit vəziyyətə gəlib"

18.07.2026

"Assist Finance"ın dövriyyəsi açıqlanıb

18.07.2026

Gənc startapçılar üçün Mark Zukerberqin uğura aparan 10 prinsipi

18.07.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

18.07.2026

Uorren Baffet: "Heç kimin nə vaxt öləcəyi bəlli deyil, bütün sərvətim 2034-cü ilə qədər bağışlanacaq"

18.07.2026

Yaponiya və "Nvidia"dan nəhəng layihə: 133 milyard dollarlıq bazar...

18.07.2026

"Apple" bu ölkədə "iPhone 17"ni kəskin bahalaşdırdı

18.07.2026

Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?

18.07.2026

"Futbol niyə biznes olmasın ki? - Dünya çempionatı 2026 iqtisadi layihədir"

18.07.2026

"Meta" 10 milyard dollarlıq yeni gəlir mənbəyi yarada bilər

18.07.2026

Paltarına yapışan tikan onu milyarderə çevirdi

18.07.2026

"Apple" bazar dəyərinə görə "Nvidia"nı geridə qoyub

18.07.2026

Öhdəliklərinin həcminə görə bankların RENKİNQİ

18.07.2026

Məzənnə

Yüklənir...