Redaktor
Özünə təyin etdiyi maaş şirkəti iflasa apardı - SƏHƏR OXUSU
“GoPro” aksiyon kameraları istehsal edən texnologiya şirkəti kimi 2000-ci illərin ortalarından etibarən dünyada böyük populyarlıq qazandı. Şirkətin təsisçisi Nik Vudman (Nick Woodman) şəxsi hobbisindən – sörfinqdən – ilham alaraq brendi qurdu və qısa müddətdə milyardlarla dollar dəyərində biznes yaratdı.
Valyuta.az xəbər verir ki, sürətli yüksəlişdən sonra şirkət ciddi idarəetmə və strateji problemlərlə də üzləşdi
2002-ci ildə sörf səfəri zamanı Nik Vudman belə bir problemlə qarşılaşdı. İdmançıların hərəkət zamanı özlərini çəkə biləcəyi kiçik kamera yox idi. O, sadə bir ideya irəli sürdü. İdmançıların bədəninə və ya avadanlıqlarına bağlana bilən kompakt kamera.
2004-cü ildə ilk “GoPro HERO” kamera təqdim edildi. Kamera biləyə bağlanan qayışla satılırdı və əsasən sörfçülər və ekstremal idman həvəskarları üçün nəzərdə tutulmuşdu.
Şirkətin uğurunun əsas səbəblərindən biri ekstremal idman icması ilə güclü əlaqə idi. İstifadəçilərin çəkdiyi videolar marketinqdə aktiv şəkildə istifadə olunurdu. Sosial mediada yayılan videolar brendin tanınmasını sürətlə artırdı. Kompakt və dayanıqlı kamera texnologiyası da məhsulun populyarlığını artıran əsas amillərdən biri oldu.
2010–2014-cü illər “GoPro” üçün ən uğurlu dövr hesab olunur. Kameralar dünya üzrə milyonlarla satıldı. “YouTube” və “Instagram” platformalarında yayılan videolar GoPro görüntülərini populyar trendə çevirdi.
2014-cü ildə şirkət IPO həyata keçirdi. Birjada ilkin yerləşdirmə zamanı “GoPro”nun bazar dəyəri təxminən 10 milyard dollara yaxınlaşdı. Nik Vudman isə qısa müddətdə ABŞ-ın ən gənc milyarderlərindən biri oldu
IPO-dan sonra şirkət ətrafında bir sıra müzakirələr başladı. Analitiklər və investorlar ilk növbədə idarəetmə modelini tənqid edirdi. Nik Vudman şirkətin strategiyasında çox dominant rol oynayırdı və bəzi investorlar daha peşəkar korporativ idarəetmə modelinin tətbiqini vacib hesab edirdi.
Mediada geniş müzakirə olunan məsələlərdən biri Vudmanın kompensasiya paketi idi. Bəzi illərdə onun ümumi kompensasiyası, bonuslar və səhm opsionları daxil olmaqla, çox yüksək səviyyəyə çatmışdı. Bu isə investorlar arasında narazılığa səbəb olurdu.
Eyni zamanda qeyd edilir ki, böyük texnologiya şirkətlərində rəhbərlərin kompensasiyası təkcə maaşdan ibarət olmur. Bu paketə səhmlər və uzunmüddətli bonuslar da daxildir. Buna görə bəzi illərdə göstərilən rəqəmlər şirkətin cari mənfəətindən daha yüksək görünə bilər.
2016-cı ildən sonra “GoPro” bir sıra ciddi problemlərlə üzləşdi. Əsas səbəblərdən biri smartfon kameralarının sürətlə inkişaf etməsi idi. Bir çox istifadəçi üçün ayrıca aksiyon kamerası almaq artıq vacib görünmürdü.
Şirkətin məhsul strategiyasında da bəzi uğursuz qərarlar oldu. “GoPro”nun təqdim etdiyi Karma dronu texniki problemlərə görə satışdan geri çağırıldı. Bəzi yeni kamera modelləri isə gözlənilən satış göstəricilərinə çatmadı.
Bu proses nəticəsində 2015-ci ildən sonra şirkətin bazar dəyəri əhəmiyyətli dərəcədə azaldı və səhmlərin qiyməti kəskin şəkildə düşdü.
Problemlərdən sonra “GoPro” strategiyasında dəyişikliklər etdi. Şirkət işçilərin sayını azaltdı və məhsul xəttini sadələşdirdi. Eyni zamanda proqram təminatı və abunə xidmətlərinə daha çox diqqət yetirməyə başladı.
Bu istiqamətdə "GoPro Subscription" adlı xidmət təqdim edildi. Bu model istifadəçilərə bulud yaddaşı və əlavə proqram imkanları təklif edir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər6 sığorta növü üzrə yanvarda yığım və ödəniş qeydə alınmayıb - SİYAHI
13.03.2026