Qalmaqallı şirkət nizamnamə kapitalını 5 milyon manat azaltdı

Redaktor

13.03.2026 13:00
31

Qalmaqallı şirkət nizamnamə kapitalını 5 milyon manat azaltdı

Tikinti sektorunda fəaliyyət göstərən “TVM İnşaat” MMC-nin nizamnamə kapitalı azaldılıb.

Valyuta.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı əvvəl 11 milyon 189 min 610 manat təşkil edib.

Son dəyişiklikdən sonra isə kapital 5 milyon manat azaldılaraq 6 milyon 189 min 610 manata endirilib.

Qeyd edək ki, “TVM İnşaat” son dövrlər həyata keçirdiyi bəzi layihələri tamamlaya bilmədiyi üçün müzakirələrə səbəb olub. Məlumata görə, şirkətin gecikən və ya tamamlanmayan layihələri arasında Laçın və Göygöldə otel kompleksləri, Gömrük hospitalı, Ağdamın Xıdırlı kəndində və Ağdam şəhərində yaşayış binaları, Xankəndidə otel, Xəzər Dəniz Gəmiçilik İdarəsinin xəstəxanası, penitensiar müəssisələr, Füzuli rayonunun Dövlətyarlı kəndi və DSMF binaları yer alır.

Şirkətin qanuni təmsilçisi Musa Ağayev Nizaməddin oğludur.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...