Rusiyadan idxal iki dəfəyə yaxın azalıb

Redaktor

13.03.2026 13:30
90

Rusiyadan idxal iki dəfəyə yaxın azalıb

2026-cı ilin yanvar ayında Azərbaycan Rusiyaya 80 037,93 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 107,85 min ABŞ dolları və ya 1,37% azdır.

Belə ki, 2025-ci ilin yanvarında Rusiyaya ixracın həcmi 81 145,78 min ABŞ dolları təşkil etmişdi.

Hesabat dövründə Rusiyadan Azərbaycana idxalın həcmi isə 164 881,81 min ABŞ dolları olub. Bu isə 2025-ci ilin yanvarı ilə müqayisədə 165 785,48 min ABŞ dolları və ya 50,1% azalma deməkdir.

 Qeyd edək ki, ötən ilin eyni ayında Rusiyadan Azərbaycana idxal 330 667,29 min ABŞ dolları təşkil etmişdi.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...