Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

Redaktor

13.03.2026 14:48
46

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 812 manat olub.

Bu barədə Valyuta.az Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3,2 % çoxdur.

Xatırladaq ki, yanvardan Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 3,8 % artaraq 1 104 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...