1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası:

Redaktor

13.03.2026 16:05
68

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

8 milyard dollar dəyərində qiymətləndirilən hüquqi texnologiya şirkəti “Harvey” yeni hüquqi texnologiya startaplarına investisiya etməyə başlayacağını açıqlayıb. Şirkət bu məqsədlə vençur kapitalisti Zak Poznerin yaratdığı “The LegalTech Fund” ilə tərəfdaşlıq quraraq hüquq firmaları və şirkətlərin hüquq komandaları üçün hazırlanacaq yeni texnologiyaların maliyyələşdirilməsini planlaşdırır.

Valyuta.az xəbər verir ki, “Harvey”in baş direktoru Uinston Vaynberqin sözlərinə görə, təxminən 1 trilyon dollar həcmində qiymətləndirilən qlobal hüquq bazarı çox böyük və parçalanmışdır. Buna görə də tək bir proqram təminatı şirkətinin bütün bazara hakim olması çətindir. Şirkət bu səbəbdən yalnız məhsul hazırlamaqla kifayətlənməyərək, perspektivli startapları maliyyələşdirməklə ekosistemin inkişafında rol almağı hədəfləyir.

Şirkət investisiyaları ayrıca fond yaratmadan, öz gəlirləri hesabına həyata keçirəcək. Planlara görə, hər bir startapa 2 milyon dollardan az məbləğdə investisiya qoyulacaq. Bu addım “Harvey”ə hüquq texnologiyaları sahəsində yeni məhsul və həllər yaradan şirkətlərlə erkən mərhələdə əməkdaşlıq qurmaq imkanı verəcək.

Bəzi hallarda bu investisiyalar tərəfdaşlığa çevrilə bilər və həmin startapların hazırladığı alətlər birbaşa “Harvey” platformasına inteqrasiya oluna bilər. Şirkət bildirir ki, belə əməkdaşlıqlarda əsas prioritet təhlükəsizlik və texniki uyğunluq olacaq. Digər tərəfdən, bəzi investisiyalar gələcək satınalmalar üçün ilkin addım kimi də qiymətləndirilir.

Məlumatlara görə, 2025-ci ildə hüquq sahəsi üçün texnologiyalar hazırlayan startaplara 4 milyard dollardan çox investisiya yatırılıb ki, bu da əvvəlki illə müqayisədə demək olar iki dəfə çoxdur. Bu vəsaitin böyük hissəsi “Harvey”, “Filevine” və “Clio” kimi iri şirkətlərə yönəlib. “Harvey” indiyədək “Sequoia Capital”, “A16z” və “OpenAI” kimi investorların iştirakı ilə ümumilikdə 1 milyard dollar maliyyə cəlb edib.

Ekspertlər hesab edirlər ki, süni intellektin inkişafı hüquq sahəsində yeni texnologiyaların sürətlə yayılmasına səbəb olur və bu bazarda yeni liderlərin formalaşması üçün hələ də geniş imkanlar mövcuddur. “Harvey”in startaplara investisiya strategiyası da məhz bu dəyişən bazarda mövqeyini gücləndirməyə yönəlib.

Tənzilə Ağabalayeva

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Nazirlik "Dokta"da yoxlama apardı - Pozuntular aşkarladı

13.03.2026

"Binance" 8 kriptovalyutanı “izləmə siyahısı”na aldı - birjadan çıxarılma riski var

13.03.2026

Neft qiymətləri dayanmır: Analitiklərdən yeni proqnoz

13.03.2026

Trampın sərvəti niyə 1,4 milyard dollar artıb?

13.03.2026

Rusiyadan idxal iki dəfəyə yaxın azalıb

13.03.2026

Qalmaqallı şirkət nizamnamə kapitalını 5 milyon manat azaltdı

13.03.2026

Avro dollara qarşı 2025-ci ilin avqust ayından bəri ən aşağı səviyyəyə düşdü

13.03.2026

Restoranlar müştərilərdən nəyi gizlədir?

13.03.2026

Məzənnə

Yüklənir...