Redaktor
Nazir və rektor Bakıdan Xankəndiyə 15 saat yol gedən müəllimə təşəkkür etdilər – FOTO
Qarabağ Universitetinin müəllimi Arzu Şükürova həftədə 2 dəfə Xankəndiyə gedib dərs keçir və həmin gün də Bakıya qayıdır.
Valyuta.az saytı bu gün mövzu ilə bağlı Arzu müəllimədən götürdüyü müsahibə böyük maraqla qarşılanıb.
Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayev Facebook-da paylaşılan müsahibəyə münasibət bildirib.
"Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!" - nazir yazıb.
Müsahibəni Linkedin hesabında paylaşan Universitetin rektoru Şahin Bayramov isə yazıb: "Qarabağ Universitetinin çoxsaylı fədakar əməkdaşlarından biri olan Arzu Şükürovaya təşəkkür edirik. Müsahibə üçün Valyuta.az-a minnətdarlığımızı bildiririk. Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!"
“07:00-da Bakı Beynəlxalq Avtovağzalından avtobus yola düşür və saat 13:00-da Xankəndidə oluram. Dərsi keçirəm, 17:00-da universitetdən çıxıram, 17:30-da avtobus Xankəndidən Bakıya yola düşür. Bakıya gecə saat 23:30–00:00-a yaxın çatırıq. Evə çatmağım isə 01:30-a qədər çəkir” - Arzu müəllimə müsahibəsində deyib.
Müsahibənin tam mətnini bu linkdən oxuya bilərsiniz.


Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026