Redaktor
Müsadirə edilmiş “Range Rover” hərraca çıxarılır
2 aprel tarixində xüsusi müsadirə edilmiş əmlakların satışı üzrə hərrac keçiriləcək.
Valyuta.az xəbər verir ki, hərraca çıxarılan əmlaklar Binəqədi və Nərimanov rayonlarını əhatə edir və bütün lotlar ikinci dəfə təkrar satışa təqdim olunur.
Binəqədi rayonu üzrə hərraca Bakı şəhəri, Ak. Ziya Bünyadov prospekti, ev 7a, mənzil 3 ünvanında yerləşən, ümumi sahəsi 61,11 kv.m olan mənzil çıxarılıb. Mənzilin start qiyməti 350 000 manat, iştirak üçün tələb olunan 10 faiz beh isə 35 000 manat təşkil edir.
Nərimanov rayonu üzrə isə üç minik avtomobili satışa çıxarılıb. Nəqliyyat vasitələri Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yerində yerləşir və ikinci dəfə təkrar hərraca təqdim olunur. Satışa çıxarılan avtomobillər bunlardır: start qiyməti 56 000 manat olan “Land Rover Range Rover” markalı minik avtomobili (10 faiz beh - 5 600 manat), start qiyməti 23 000 manat olan “BMW 740I” markalı minik avtomobili (10 faiz beh - 2 300 manat) və start qiyməti 65 000 manat müəyyən edilmiş “Bentley Continental GT” markalı minik avtomobili (10 faiz beh - 6 500 manat).
Qeyd edək ki, siyahıda yer alan bütün əmlaklar ikinci dəfə təkrar hərraca çıxarılır.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026