Redaktor
100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?
Əmlak alqı-satqısında əməliyyatların şəffaf olması və nağdsız ödənişlərin artırılması üçün dövlət bəzi vergi güzəştləri tətbiq edir. Bu güzəştlərdən biri də Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin alıcılara geri qaytarılmasıdır. Bu qayda ev alan və ödənişini bank vasitəsilə həyata keçirən şəxslərə müəyyən məbləğdə ƏDV-nin geri qaytarılmasını nəzərdə tutur. Bəs ev alan şəxsə nə qədər ƏDV qaytarılır? ƏDV-nin ödənilməsi qaydası necə həyata keçirilir?
Bakı Karyera Mərkəzinin rəhbəri, vergi eksperti Təhməz Qaçayev Valyuta.az-a bildirdi ki, bina tikintisi ilə məşğul olan vergi ödəyicilərindən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV-nin qaytarılması vergi məcəlləsinin 165.6-cı maddəsi ilə müəyyən olunur. Bu qaydalar isə eyni zamanda Prezidentin 25 may 2022-ci il fərmanı ilə tənzimlənir: “Vergi məcəlləsinin 165.6-cı maddəsinə əsasən bina tikintisi ilə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV məbləğinin 30%-i alıcıya geri qaytarılır. Prezidentin 2022-ci il 25 may fərmanına əsasən ƏDV məbləği o halda alıcıya qaytarılır ki, yaşayış və ya qeyri-yaşayış sahəsinin dəyəri satıcının bank hesabına yalnız nağdsız qaydada ödənilmiş olsun. Ödəniş nağd şəkildə həyata keçirilərsə, bu halda ƏDV məbləği qayıtmır”.
Bu məsələlər üçün portal mövcuddur
Ekspert bildirdi ki, nağdsız qaydada ödənişi həyata keçirməkdən, o cümlədən ƏDV-nin geri alınmağından ötrü portalda (//taxes.gov.az) alıcı qeydiyyatdan keçməlidir: “Satıcı da alıcıya yaşayış və ya qeyri yaşayış sahəsinin satışı ilə bağlı elektron qaimə tərtib edib göndərməlidir. Nəticədə həmin elektron qayda fakturası əsasında alıcı ödədiyi ƏDV-nin 30%-ini geri almaq hüququna malikdir. Bu əslində həm istehlakçılar, həm də vergi ödəyiciləri üzərində vergi nəzarətinin həyata keçirilməsi üçün müsbət haldır. Əsas məsələ ölkədə nağdsız ödənişləri də stimullaşdırmaqdır”.
ƏDV-nin hesablanmasından nümunə gətirək
T.Qaçayev 100 min manatlıq mənzil alışı zamanı bizə qaytarılan ƏDV məbləği üzərindən izah etdi: "Deyək ki, siz 100 000 manatlıq bir mənzil aldınız. Qanunvericiliyə əsasən 100 000 manat dəyərin tərkibində 15 254 manat ƏDV məbləği təşkil edir. Yəni, əsas məbləğ 100 000 manat deyil, ƏDV daxil məbləğ 100 000 manatdır. Əsas məbləğ isə 100 000 manatdan 15 254 manatı çıxırıq və yerdə qalan məbləğ mənzilin əsas dəyəri hesab olunur. Bizə isə həmin 15 254 manatın 30 faizi ƏDV olaraq qaytarılır. Amma həmin 100 000 manatı satıcının bank hesabına nağdsız qaydada köçürməliyik ki, ƏDV-nin 30%-i bizə geri qayıtsın. Yəni, 15 254 manat ƏDV-yə daxildirsə və 30%-i alıcıya qayıdacaqsa, bu məbləğ 4 576.2 manat təşkil edir.
Əgər alıcılar MTK-dan mənzil alırlarsa, çalışmalıdırlar ki...
Vergi ekspertinin sözlərinə görə, ola bilər ki, alıcı aldığı mənzilin ödənişini bir dəfəyə ödəməsin, hissə-hissə ödəniş etməli olsun: “Məsələn, ƏDV-li dəyərlə 100 000 manatlıq mənzil alır. Bunun 40 000 manatı bir, 30 000 manatı bir, qalan 30 000 manatını da bir ödəyir. Burada alıcının ödədiyi ƏDV məbləğinin 30%-i o halda qayıdır ki, bütün ödənişlər tam həyata keçirilmiş olsun. Yəni, yekun ödəmə tamamlanmış olsun ki, ƏDV məbləği ona geri qaytarılsın. Bu dediklərimizdən yekun bir nəticəyə gələ bilərik ki, əgər alıcılar hər hansı bir MTK-dan mənzil və yaxud qeyri-yaşayış sahəsi alarsa, onlar çalışmalıdırlar ki, nağdsız qaydada əldə etsinlər, beləcə ƏDV məbləğini geri ala bilsinlər. Bu da istehlakçı üçün çox sərfəli və yaxşı bir hal sayılır. Nağdsız qaydada əldə etmək tövsiyyə olunur və satıcıdan tələb etmək kimi bir hüququmuz da var”.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDaha 9 startap vergidən azad olundu
13.01.2026Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"
13.01.2026İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi
13.01.2026Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb
13.01.2026İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub
13.01.2026İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub
13.01.2026
Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?
13.01.2026Azərbaycanda son 5 ildə nə qədər təbii qaz istehsal olunub?
13.01.2026Prezident Tərtər və Ağdərəyə səfər etdi
13.01.2026"Apple" geri addım atdı, yeni "Siri"ni ən böyük rəqibinə etibar etdi
13.01.2026"Alphabet"in bazar dəyəri 4 trilyon dolları keçdi
13.01.2026Azərbaycan Turizm Bürosunun sədr müavini işdən çıxıb - YENİ VƏZİFƏ
13.01.2026Sabah Bakıda sulu qar yağacaq, güclü külək əsəcək
13.01.2026İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
13.01.2026Avropa bankları Bakı milyonçusunun pullarını qaytarmır
13.01.2026İlon Maskın sərvəti ilə nələr almaq olardı?
13.01.2026“Azercell" bu gündən qiymətləri qaldırdı
13.01.2026Rektor özünə müşavir təyin etdi - FOTO
13.01.2026