Redaktor
Məktəblərin internet şəbəkəsinin genişləndirilməsi üçün 8 milyona yaxın müqavilə bağlanıb
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması ilə bağlı satınalmanın nəticələrini açıqlayıb.
Valyuta.az xəbər verir ki, satınalma ümumtəhsil məktəblərinin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulmasını, həmçinin şagirdlərin distant təhsilə cəlb olunmasını nəzərdə tutur.
Satınalmanın qalibi "Texno Lyuks M" MMC seçilib. Şirkətlə 7 milyon 990 min 80,52 manat məbləğində müqavilə bağlanıb.
Qeyd edək ki, satınalma üzrə ehtimal olunan qiymət 7 milyon 998 min 388,60 manat olub. Beləliklə, bağlanan müqavilənin dəyəri ehtimal olunan qiymətdən 8 min 308,08 manat azdır.
Dövlət Vergi Xidmətinin məlumatına görə, "Texno Lyuks M" MMC-nin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Emin Əliyev Arif oğludur.
Sərvanə Rəmixanova