Redaktor
"SoftBank"ın "OpenAI"a yatırımı üçün cəlb etdiyi 40 milyard dollarlıq kreditə daha 21 kreditor qoşulub
Yaponiyanın "SoftBank Group" şirkətinin ABŞ-ın süni intellekt nəhəngi "OpenAI"a yatırımı maliyyələşdirmək üçün cəlb etdiyi 40 milyard ABŞ dolları həcmində körpü kreditinə (bridge loan) daha 21 maliyyə institutu qoşulub.
Valyuta.az xəbər verir ki, yeni sindikasiya mərhələsində kredit paketinin təxminən 7 milyard ABŞ dolları bu maliyyə qurumları arasında bölüşdürülüb.
Mənbələrin bildirdiyinə görə, "First Abu Dhabi Bank", "GIC" və "Standard Chartered Bank"ın hər biri kredit paketindən təxminən 1 milyard ABŞ dolları həcmində pay götürüb. Qalan məbləğ isə Avropa, Yaponiya və Tayvandan olan bir sıra banklar arasında bölüşdürülüb.
Hazırda kreditin qalan 33 milyard ABŞ dolları ilkin anderrayterlər və aparıcı kreditorların balansındadır. Mənbələrin sözlərinə görə, bu hissənin də gələcəkdə daha geniş investor dairəsi arasında yenidən sindikasiyası mümkündür. Maliyyə bazarında iri kredit əməliyyatlarının sonradan daha çox iştirakçı arasında bölüşdürülməsi geniş yayılmış praktikadır.
2026-cı ilin martında imzalanan 12 aylıq kredit sazişi Asiya-Sakit okean regionunda indiyədək həyata keçirilən ən böyük körpü maliyyələşdirmələrindən biri hesab olunur. Əməliyyatın anderrayterlərə 100 milyon ABŞ dollarından çox komissiya gəliri gətirəcəyi gözlənilir.
Kredit may ayında ümumi sindikasiya mərhələsinə çıxarılmazdan əvvəl də doqquz yeni bank tərəfindən dəstəklənmişdi. Bu, bəzi bankirlərin "SoftBank"ın "OpenAI"a yüksək maliyyə məruz qalması və şirkətin "Anthropic" kimi rəqiblərlə artan rəqabət fonunda üzləşdiyi risklərlə bağlı narahatlıqlarına baxmayaraq baş verib.
"SoftBank", "First Abu Dhabi Bank", "Standard Chartered Bank" və "GIC" məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Məlumata görə, körpü kreditinin ilkin faiz marjası təminatlı bir gecəlik maliyyələşdirmə dərəcəsindən (SOFR) 250 baza bəndi yüksək müəyyən edilib. Hazırkı SOFR səviyyəsi nəzərə alınmaqla kredit üzrə illik faiz dərəcəsi təxminən 6,14 faiz təşkil edir.
"SoftBank"ın təsisçisi və baş icraçı direktoru Masayoşi Son daha əvvəl "OpenAI"a yatırımlarla bağlı "tam gücü ilə irəliləyəcəyini" açıqlamışdı. Hazırda şirkətin "OpenAI" qarşısında öhdəliklərinin ümumi həcmi 60 milyard ABŞ dollarını ötür.
Qeyd edək ki, "OpenAI" ötən ay birjada ilkin kütləvi yerləşdirmə (IPO) üçün müraciət edib. Şirkət mart ayında keçirilən investisiya raundunda 852 milyard ABŞ dolları dəyərində qiymətləndirilib.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın diqqət çəkən 10 kosmetik startapı
27.07.2026DeepSeek-in təsisçisinin sərvəti 36 milyard dollar qiymətləndirilib
27.07.2026“Bank of Baku”nun kredit portfeli 29,8 faiz artıb
27.07.2026"SoftBank"ın "OpenAI"a yatırımı üçün cəlb etdiyi 40 milyard dollarlıq kreditə daha 21 kreditor qoşulub
27.07.2026ASCO-nun Texniki direktoru vəzifəsindən ayrıldı
27.07.2026Qaytarıla bilməyən kreditlər bağlana bilər? - AÇIQLAMA
27.07.2026
"İnsanlar brendin adından çox rəngini xatırlayırlar" - Marketoloq
27.07.2026Çin çip nəhəngi IPO-da 9,8 milyard dollar topladı - 470 faiz bahalaşdı
27.07.2026"Azərenerji" kibertəhlükəsizlik üçün 2 milyonluq satınalma edib
27.07.2026Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®
27.07.2026Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib
27.07.2026FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir
27.07.2026"PAŞA Sığorta"nın gəlirləri artsa da, xalis mənfəəti 5% azalıb
27.07.2026
Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi, süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə
27.07.2026
"Mağaza təmirə bağlanır, məhsullar maya dəyərinə satılır" - Alıcılar buna inanmalıdır?
27.07.2026
Sığorta şirkətlərinin öhdəlik həcminə görə - RENKİNQ
27.07.202629 yaşında qurumuş yarpaqları sataraq milyonçu oldu
27.07.2026Azərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?
26.07.2026