Redaktor
“Bank of Baku”nun kredit portfeli 29,8 faiz artıb
“Bank of Baku” 2026-cı ilin II rübünün yekunlarına görə müştərilərinə verdiyi kreditlərin həcmini artırıb.
Valyuta.az xəbər verir ki, hesabat dövründə bankın müştərilərə verilən kreditlərin ümumi həcmi 1 milyard 60 milyon 788,14 min manat təşkil edib.
Bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 817 milyon 18,93 min manatla müqayisədə 243 milyon 769,21 min manat və ya 29,84 faiz çoxdur.
Ümumi kredit portfelinin 819 milyon 799,18 min manatını istehlak kreditləri, 172 milyon 748,61 min manatını biznes kreditləri, 68 milyon 240,34 min manatını isə daşınmaz əmlak kreditləri təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin II rübündə istehlak kreditlərinin həcmi 623 milyon 910,26 min manat, biznes kreditlərinin həcmi 139 milyon 737,70 min manat, daşınmaz əmlak kreditlərinin həcmi isə 53 milyon 370,97 min manat olub.
İl ərzində istehlak kreditləri 195 milyon 888,92 min manat və ya 31,40 faiz, biznes kreditləri 33 milyon 10,91 min manat və ya 23,62 faiz, daşınmaz əmlak kreditləri isə 14 milyon 869,37 min manat və ya 27,86 faiz artıb.
Bankın depozit portfelində də yüksəliş qeydə alınıb.
Belə ki, 2026-cı ilin II rübünün sonuna bankın cəmi depozitləri 948 milyon 889,44 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövründə qeydə alınmış 661 milyon 375,27 min manatla müqayisədə 287 milyon 514,17 min manat və ya 43,47 faiz çoxdur.
Hesabat dövründə fiziki şəxslərin depozitləri 828 milyon 636,27 min manata çatıb.
Halbuki 2025-ci ilin II rübündə bu göstərici 595 milyon 258,52 min manat olub. Beləliklə, fiziki şəxslərin depozitləri illik müqayisədə 233 milyon 377,75 min manat və ya 39,21 faiz artıb.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın diqqət çəkən 10 kosmetik startapı
27.07.2026DeepSeek-in təsisçisinin sərvəti 36 milyard dollar qiymətləndirilib
27.07.2026“Bank of Baku”nun kredit portfeli 29,8 faiz artıb
27.07.2026"SoftBank"ın "OpenAI"a yatırımı üçün cəlb etdiyi 40 milyard dollarlıq kreditə daha 21 kreditor qoşulub
27.07.2026ASCO-nun Texniki direktoru vəzifəsindən ayrıldı
27.07.2026Qaytarıla bilməyən kreditlər bağlana bilər? - AÇIQLAMA
27.07.2026
"İnsanlar brendin adından çox rəngini xatırlayırlar" - Marketoloq
27.07.2026Çin çip nəhəngi IPO-da 9,8 milyard dollar topladı - 470 faiz bahalaşdı
27.07.2026"Azərenerji" kibertəhlükəsizlik üçün 2 milyonluq satınalma edib
27.07.2026Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®
27.07.2026Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib
27.07.2026FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir
27.07.2026"PAŞA Sığorta"nın gəlirləri artsa da, xalis mənfəəti 5% azalıb
27.07.2026
Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi, süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə
27.07.2026
"Mağaza təmirə bağlanır, məhsullar maya dəyərinə satılır" - Alıcılar buna inanmalıdır?
27.07.2026
Sığorta şirkətlərinin öhdəlik həcminə görə - RENKİNQ
27.07.202629 yaşında qurumuş yarpaqları sataraq milyonçu oldu
27.07.2026Azərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?
26.07.2026