Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Redaktor

27.07.2026 14:03
125

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək Məcəlləsində, Mülki Məcəllədə, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Valyuta.az xəbər verir ki, dəyişikliklə qanunvericiliyə ilk dəfə olaraq İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə anlayışı gətirilib. Bu, müəssisə rəhbərliyinin və ya təsisçinin təşəbbüsü ilə işçilərə şirkətin paylarını və ya səhmlərini güzəştlə, yaxud tamamilə ödənişsiz vermək hüququnu tanıyır. Payların işçinin tam mülkiyyətinə keçməsi iki xüsusi şərtdən asılı ola bilər. Birincisi zamana əsaslanan şərtdir, yəni işçi müəyyən edilmiş müddət ərzində şirkətdə çalışmalıdır. İkincisi isə hədəfə əsaslanan şərtdir, yəni işçi və ya ümumilikdə şirkət qarşıya qoyulmuş konkret biznes hədəflərinə nail olmalıdır.

Əgər işçi ilə əmək müqaviləsinə ştat ixtisarı, işçinin öz istəyi və ya səhhəti kimi əsaslarla xitam verilərsə, onun hələ tam qazanmadığı payların bir hissəsi qazanılmış hesab edilə bilər. Həmçinin işçinin əldə etdiyi paylar şirkət tərəfindən ədalətli bazar dəyəri ilə geri satın alına bilər. Əgər işçi öz təqsiri, əmək funksiyalarını pozması və ya intizamsızlıq səbəbindən işdən çıxarılarsa, o, qazanmadığı bütün pay hüquqlarını itirir. Qazandığı payları isə nominal və ya daha aşağı qiymətlə şirkətə geri satmağa məcbur edilə bilər.

Bu müqavilələr çərçivəsində işçinin əldə etdiyi pay və ya səhmlər rəsmi əməkhaqqı hesab olunmur, əməkhaqqının tərkibinə daxil edilmir və heç bir halda əməkhaqqı əvəzi kimi ödənilə bilməz.

Mülki Məcəlləyə startapların və investisiya mühitinin idarə olunmasını asanlaşdıran çox ciddi mexanizmlər daxil edilir.

Şirkət iştirakçıları və səhmdarlar öz aralarında xüsusi idarəetmə müqaviləsi bağlaya bilərlər. Bu müqavilədə ümumi yığıncaqlarda səsvermə qaydaları, payların satışı və qiymətləndirilməsi şərtləri, mübahisələrin arbitraj vasitəsilə həlli və xarici dövlətin hüququnun tətbiqi razılaşdırıla bilər. Korporativ müqavilə yazılı bağlanır və notarial təsdiqi tələb olunmur. Əgər müqavilə şərtləri nizamnamə ilə ziddiyyət təşkil edərsə, tərəflərin öz aralarındakı daxili münasibətlərdə korporativ müqavilə üstün qüvvəyə malik olacaq.

Korporativ müqavilələrdə vençur biznesində qəbul edilmiş üç mühüm hüquq təsbit edilir. Birgə satış hüququ (Tag-along) böyük pay sahibinin öz payını satdığı halda kiçik pay sahiblərinin də eyni qiymət və şərtlərlə öz paylarını həmin alıcıya satmaq tələbini təmin edir. Məcburi satış hüququ (Drag-along) böyük pay sahibinin şirkəti tam satmaq barədə üçüncü şəxslə razılaşdığı halda kiçik tərəfdaşları da öz paylarını satmağa məcbur etmək imkanı verir. İlk imtina hüququ (ROFR) isə payını satmaq istəyən şəxsin onu ilk növbədə mövcud şəriklərə təklif etmək öhdəliyidir.

Müqavilələrdə ləğvetmə zamanı üstünlük hüququ nəzərdə tutula bilər ki, şirkət bağlandıqda investor öz qoyduğu vəsaiti təsisçilərdən əvvəl geri alsın. Həmçinin payın dəyərsizləşməsi əleyhinə müddəalar (Anti-dilution) vasitəsilə növbəti investisiya mərhələlərində şirkətin qiyməti aşağı düşərsə, ilkin investorun payının qorunması üçün konvertasiya nisbətləri yenidən hesablanacaq.

Nizamnamədə əvvəlcədən yuxarı həddi göstərilməklə, Direktorlar Şurasına ümumi yığıncağı çağırmadan yeni paylar ayırmaq və ya səhmlər buraxmaq səlahiyyəti verilə bilər.

Şirkətlərə gələcəkdə paya çevrilə bilən yeni maliyyə alətlərindən istifadə icazəsi verilir. Bu alətlər paya çevrilənədək qiymətli kağız və ya törəmə maliyyə aləti sayılmır.

İnvestor şirkətə borc pul verir və müddət bitdikdə və ya yeni böyük maliyyələşmə mərhələsi (kvalifikasiyalı maliyyələşmə) baş verdikdə həmin borc faizləri ilə birgə şirkətin payına çevrilir. İnvestorun riskini sığortalamaq üçün qiymətləndirmənin yuxarı həddi (Valuation Cap) və ya yeni investorların qiymətinə nisbətdə endirim dərəcəsi (Discount) tətbiq olunur.

İnvestor şirkətə vəsait ödəyir, lakin bu vəsait borc və ya faiz öhdəliyi yaratmır. Şirkət satıldıqda, ləğv edildikdə və ya yeni investisiya cəlb etdikdə bu vəsait birbaşa paya çevrilir. Şirkət ləğv olunarsa, SAFE investorunun tələbləri adi şəriklərdən əvvəl, lakin digər təminatsız kreditorlardan sonra ödənilir.

Vençur kapitalı fondları və akkreditə olunmuş investorlar tərəfindən Azərbaycandan kənarda fəaliyyət göstərən innovativ layihələrdə (startaplarda) gələcək iştirak payının əldə edilməsi (gələcək iştirak payı (səhm) haqqında müqavilə, konvertasiya olunan borc və analoji maliyyə alətləri) məqsədilə investisiyaların qoyulması üzrə köçürmələr Mərkəzi Bankın müəyyən etdiyi qaydada və həddə həyata keçirilir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır? ®

27.07.2026

100 manatdan başlayan "Əlverişli" depozit

27.07.2026

“Atəşgah Sığorta” mənfəətdən zərərə keçib

27.07.2026

Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək

27.07.2026

Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib

27.07.2026

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

27.07.2026

Dünyanın diqqət çəkən 10 kosmetik startapı

27.07.2026

"DeepSeek"in təsisçisinin sərvəti 36 milyard dollar qiymətləndirilib

27.07.2026

“Bank of Baku”nun kredit portfeli 29,8 faiz artıb

27.07.2026

"SoftBank"ın "OpenAI"a yatırımı üçün cəlb etdiyi 40 milyard dollarlıq kreditə daha 21 kreditor qoşulub

27.07.2026

ASCO-nun Texniki direktoru vəzifəsindən ayrıldı

27.07.2026

Qaytarıla bilməyən kreditlər bağlana bilər? - AÇIQLAMA

27.07.2026
"İnsanlar brendin adından çox rəngini xatırlayırlar"

"İnsanlar brendin adından çox rəngini xatırlayırlar" - Marketoloq

27.07.2026

Çin çip nəhəngi IPO-da 9,8 milyard dollar topladı - 470 faiz bahalaşdı

27.07.2026

"Azərenerji" kibertəhlükəsizlik üçün 2 milyonluq satınalma edib

27.07.2026

Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®

27.07.2026

Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib

27.07.2026

FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir

27.07.2026

"PAŞA Sığorta" gəlirlərini açıqladı

27.07.2026
Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi, süni intellekt ilə gül sifarişi biznesi qurdu

Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi, süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə

27.07.2026

Məzənnə

Yüklənir...