Redaktor
Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək
Azərbaycanda kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
Valyuta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, kraudfandinq platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə edilir, hüquqi şəxslər üç min manatdan dörd min manatadək cərimə ediləcək.
Kraudfandinq platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslərə və ya onlar beş yüz manatdan altı yüz manatadək cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Kradufandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Kradufandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərElektron imzanı başqasına vermək hansı riskləri yaradır? ®
27.07.2026100 manatdan başlayan "Əlverişli" depozit
27.07.2026“Atəşgah Sığorta” mənfəətdən zərərə keçib
27.07.2026Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək
27.07.2026Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib
27.07.2026Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
27.07.2026Dünyanın diqqət çəkən 10 kosmetik startapı
27.07.2026"DeepSeek"in təsisçisinin sərvəti 36 milyard dollar qiymətləndirilib
27.07.2026“Bank of Baku”nun kredit portfeli 29,8 faiz artıb
27.07.2026"SoftBank"ın "OpenAI"a yatırımı üçün cəlb etdiyi 40 milyard dollarlıq kreditə daha 21 kreditor qoşulub
27.07.2026ASCO-nun Texniki direktoru vəzifəsindən ayrıldı
27.07.2026Qaytarıla bilməyən kreditlər bağlana bilər? - AÇIQLAMA
27.07.2026
"İnsanlar brendin adından çox rəngini xatırlayırlar" - Marketoloq
27.07.2026Çin çip nəhəngi IPO-da 9,8 milyard dollar topladı - 470 faiz bahalaşdı
27.07.2026"Azərenerji" kibertəhlükəsizlik üçün 2 milyonluq satınalma edib
27.07.2026Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®
27.07.2026Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib
27.07.2026FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir
27.07.2026"PAŞA Sığorta" gəlirlərini açıqladı
27.07.2026