Tarixin ən yaxşı 8 videokartı açıqlandı

Redaktor

27.07.2026 18:18
36

Tarixin ən yaxşı 8 videokartı açıqlandı

"How-To Geek" nəşrinin mütəxəssisləri kompüter qrafikasının inkişafına ən böyük təsir göstərmiş videokartların reytinqini hazırlayıblar.

Valyuta.az xəbər verir ki, siyahıya həm müasir modellər, həm də uzun illər sənayenin inkişaf istiqamətini müəyyənləşdirən əfsanəvi videokartlar daxil edilib.

8. "AMD Radeon RX 580"

2017-ci ildə təqdim edilən "Radeon RX 580" modeli "RX 480"in təkmilləşdirilmiş versiyası idi və 4 GB və ya 8 GB "GDDR5" yaddaşla təklif olunurdu.

Çıxdığı dövrdə bazarın ən güclü videokartı olmasa da, "Full HD" təsvir ölçüsündə oyunlarda yüksək performans nümayiş etdirərək "GeForce GTX 1060"a ciddi rəqib olmuşdu.

8 GB videoyaddaş sayəsində model uzunömürlü oldu və təqdimatından təxminən səkkiz il keçməsinə baxmayaraq, hələ də bir çox istifadəçi tərəfindən 1080p təsvir ölçüsündə müasir oyunlar üçün istifadə olunur. (düzəliş edildi)

7. "Nvidia GeForce 6800 GT"

"Nvidia"nın uğursuz "GeForce FX" seriyasından sonra şirkətin nüfuzunun bərpasında mühüm rol oynayan modellərdən biri 2004-cü ildə təqdim edilən "GeForce 6800" seriyası olub.

Xüsusilə "6800 GT" versiyası flaqman "6800 Ultra"ya yaxın performans təqdim etməsinə baxmayaraq, xeyli aşağı qiymətə satıldığı üçün kompüter həvəskarlarının sevimlisinə çevrilmişdi.

6. "Nvidia GeForce 256"

"GeForce 256" tarixdə ilk dəfə "GPU" (qrafik prosessor) termini ilə təqdim olunan model kimi tanınır.

Bu videokart həndəsi hesablamaların və işıqlandırma əməliyyatlarının bir hissəsini mərkəzi prosessordan qrafik prosessora ötürərək müasir qrafik prosessorlarının inkişafında mühüm mərhələ hesab olunur.

5. "Nvidia GeForce 3"

2001-ci ildə təqdim edilən "GeForce 3" proqramlaşdırıla bilən vertex və piksel şeyderlərini dəstəkləyən ilk videokartlardan biri idi.

Bu texnologiya proqramçılara qrafik prosessor üzərində öz proqramlarını işlətmək imkanı verdi və sonradan "CUDA" platformasının, eləcə də müasir süni intellekt sürətləndiricilərinin inkişafı üçün texnoloji zəmin yaratdı.

4. "3dfx Voodoo"

1996-cı ildə təqdim edilən "3dfx Voodoo" kompüter qrafikası tarixində inqilabi məhsullardan biri hesab olunur.

Bu, adi 2D sürətləndirici ilə birlikdə işləyən ilk ayrıca 3D videokartlardan biri idi və fərdi kompüterlərdə kütləvi 3D oyun dövrünün başlanğıcını qoyan modellərdən sayılır.

3. "Nvidia GeForce 8800 GTX"

2006-cı ilin noyabrında təqdim edilən "GeForce 8800 GTX" "DirectX 10" dəstəyinə malik ilk kütləvi videokartlardan biri idi.

Model müxtəlif tapşırıqlar üçün ayrıca bloklar əvəzinə vahid axın prosessorlarından istifadə edən yeni arxitekturaya malik idi. Bu yanaşma bu gün də müasir oyun videokartlarında və süni intellekt sürətləndiricilərində geniş tətbiq olunur.

2. "ATI Radeon 9700 Pro"

"ATI"nin "AMD" tərəfindən alınmasından əvvəl təqdim edilən "Radeon 9700 Pro" bazarda ciddi texnoloji üstünlük əldə etmişdi.

Bu model "DirectX 9" dəstəyinə malik ilk videokartlardan biri idi və məhsuldarlıq baxımından rəqiblərini xeyli geridə qoyurdu. Xüsusilə hamarlama və anizotrop filtrləmə funksiyalarında yüksək nəticələr nümayiş etdirirdi.

1. "Nvidia GeForce GTX 1080 Ti"

Reytinqin birinci pilləsində "Nvidia GeForce GTX 1080 Ti" qərarlaşıb.

Bir çox mütəxəssis bu modeli "Nvidia"nın ən uğurlu videokartlarından biri hesab edir. Onların fikrincə, şirkət münasib qiymətə yüksək məhsuldarlıq və uzun istismar müddəti təqdim edən model hazırlamışdı.

Videokart 11 GB videoyaddaşla təchiz olunmuşdu ki, bu da bu gün belə bəzi yeni modellərdən yüksək göstəricidir. Böyük "VRAM" həcmi və yüksək məhsuldarlıq sayəsində "GTX 1080 Ti" uzun illər aktuallığını qoruyub.

"Linus Tech Tips"in sınaqlarına əsasən, təqdimatından təxminən doqquz il keçməsinə baxmayaraq, "GTX 1080 Ti" hələ də müasir oyunların əksəriyyətini rahat şəkildə işlədə bilir. (düzəliş edildi)

Qeyd edək ki, "How-To Geek" bundan əvvəl tarixin ən uğursuz videokartlarının da siyahısını dərc etmişdi. Həmin reytinqdə ən çox müzakirə olunan modellərdən biri "Nvidia RTX 5090" olub.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məktəblərin internet şəbəkəsinin genişləndirilməsi üçün 8 milyona yaxın müqavilə bağlanıb

27.07.2026

Avropada istirahət üçün ən ucuz ölkələr

27.07.2026

Tarixin ən yaxşı 8 videokartı açıqlandı

27.07.2026

Azərbaycan mamırın kiloqramını 100 manata idxal edib

27.07.2026

"Tesla Cybertruck" ABŞ tarixinin ən böyük uğursuzluqlarından birinə çevrilə bilər

27.07.2026

"Together" süni intellekt startapı 800 milyon dollar cəlb edib

27.07.2026

2 fondlu portfel: Uorren Baffetin ideal investisiya strategiyası

27.07.2026

Sem Altman: Süni intellekt yarışın "təklik nöqtəsi"nə çatıb

27.07.2026

Maliyyə planı nədir və biznes üçün niyə vacibdir?

27.07.2026

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır? ®

27.07.2026

100 manatdan başlayan "Əlverişli" depozit

27.07.2026

“Atəşgah Sığorta” mənfəətdən zərərə keçib

27.07.2026

Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək

27.07.2026

Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib

27.07.2026

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

27.07.2026

Dünyanın diqqət çəkən 10 kosmetik startapı

27.07.2026

"DeepSeek"in təsisçisinin sərvəti 36 milyard dollar qiymətləndirilib

27.07.2026

“Bank of Baku”nun kredit portfeli 29,8 faiz artıb

27.07.2026

"SoftBank"ın "OpenAI"a yatırımı üçün cəlb etdiyi 40 milyard dollarlıq kreditə daha 21 kreditor qoşulub

27.07.2026

ASCO-nun Texniki direktoru vəzifəsindən ayrıldı

27.07.2026

Məzənnə

Yüklənir...