Redaktor
2 fondlu portfel: Uorren Baffetin ideal investisiya strategiyası
İnvestisiya portfeli vasitəsilə milyon dollar qazanmaq bir çox insan üçün əlçatmaz görünə bilər. Lakin düzgün strategiya seçildikdə və uzunmüddətli yanaşma tətbiq olunduqda bu məqsədə çatmaq mümkündür. Bu sahədə tövsiyələrinə ən çox etibar edilən şəxslərdən biri isə dünyanın ən tanınmış investorlarından olan Uorren Baffetdir.
Baffet xüsusilə pensiya üçün investisiya edənlərə aşağı xərcli, geniş bazarı əhatə edən indeks fondlarına üstünlük verməyi və uzunmüddətli investisiya prinsiplərinə sadiq qalmağı tövsiyə edir. Onun "2 fondlu portfel" adlandırdığı strategiya da məhz bu yanaşmaya əsaslanır.
2 fondlu portfel nədir?
Uorren Baffetin təklif etdiyi strategiya olduqca sadədir. Portfel cəmi iki aktivdən ibarət olur və vəsait aşağıdakı nisbətdə bölüşdürülür:
90 faiz – ABŞ-ın "S&P 500" indeks fonduna;
10 faiz – qısamüddətli ABŞ dövlət xəzinə istiqrazlarına.
"Berkshire Hathaway" şirkətinin səhmdarlarına ünvanladığı məktublardan birində Baffet bildirib ki, həyat yoldaşı üçün idarə olunacaq vəsaitin 90 faizinin aşağı komissiyalı "S&P 500" indeks fonduna, 10 faizinin isə qısamüddətli dövlət istiqrazlarına yatırılması barədə göstəriş verib.
Bu strategiya sadəliyinə görə bəzi investorlar tərəfindən "tənbəl portfel" də adlandırılır. Çünki portfelin idarə olunması üçün davamlı bazar araşdırmalarına və tez-tez dəyişikliklər etməyə ehtiyac qalmır.
Bununla yanaşı, portfel həm səhmləri, həm də istiqrazları özündə birləşdirdiyi üçün əsas səviyyədə diversifikasiya təmin edir. Alternativ olaraq ümumi səhm bazarı indeks fondu ilə ümumi istiqraz bazarı indeks fondundan ibarət iki fondlu portfel də formalaşdırmaq mümkündür.
Niyə bu strategiya tövsiyə olunur?
Bu yanaşmanın əsasında "Vanguard" şirkətinin təsisçisi və indeks investisiyalarının ən böyük tərəfdarlarından biri olan Con Boqlun prinsipləri dayanır.
Boql deyirdi:
"İnvestisiya etmək göründüyü qədər çətin deyil. Uğurlu investisiya üçün bir neçə əsas prinsipi düzgün tətbiq etmək və ciddi səhvlərdən qaçmaq kifayətdir."
Uorren Baffetin strategiyası da məhz bu fəlsəfəni əks etdirir.
Portfelin əsas üstünlükləri bunlardır:
"S&P 500" indeks fondu ABŞ-ın ən iri 500 açıq səhmdar cəmiyyətinə investisiya imkanı yaradır. Bu da müxtəlif iqtisadi sektorları əhatə etməklə uzunmüddətli kapital artımı potensialı təqdim edir. Qısamüddətli ABŞ dövlət istiqrazları isə bazarda enişlər və iqtisadi qeyri-müəyyənlik dövrlərində portfelə sabitlik qazandırır, riskləri və qiymət dəyişkənliyini azaldır.
Strategiyanın çatışmazlıqları:
Sadəliyinə baxmayaraq, bu strategiya bəzi mütəxəssislər tərəfindən tənqid olunur.
Tənqidçilərin fikrincə, portfel əsasən ABŞ-ın iri şirkətlərinin səhmlərinə yönəldiyi üçün beynəlxalq bazarlar, daşınmaz əmlak investisiya fondları (REIT) və digər aktiv sinifləri kifayət qədər təmsil olunmur. Bu isə diversifikasiyanın azalmasına və müəyyən risklərin artmasına səbəb ola bilər.
Portfel necə nəticə göstərə bilər?
Aparılan geriyə dönük (back-test) təhlillər göstərir ki, 30 illik pensiya dövrü üçün tətbiq edilən 4 faiz çıxarış qaydasına əsasən, iki fondlu portfelin uğursuzluq ehtimalı cəmi 2,3 faiz təşkil edir.
Qısamüddətli ABŞ dövlət istiqrazlarının portfelə daxil edilməsi dəyişkənliyi əhəmiyyətli dərəcədə azaldır və uzunmüddətli orta illik gəlirliliyə (CAGR) isə yalnız cüzi təsir göstərir.
Bu strategiyanı tətbiq etmək istəyən investorlar "Vanguard", "BlackRock", "Schwab" və "Fidelity" kimi iri aktiv idarəetmə şirkətlərinin məhsullarından istifadə edə bilərlər.
Səhm hissəsi üçün "Vanguard 500 Index Investor" (VFINX) və ya "Vanguard S&P 500 ETF" (VOO), istiqraz hissəsi üçün isə "Vanguard Short-Term Treasury Index Fund" (VSBIX) və ya "Vanguard Short-Term Treasury ETF" (VGSH) nümunə kimi göstərilir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan mamırın kiloqramını 100 manata idxal edib
27.07.2026"Tesla Cybertruck" ABŞ tarixinin ən böyük uğursuzluqlarından birinə çevrilə bilər
27.07.2026"Together" süni intellekt startapı 800 milyon dollar cəlb edib
27.07.20262 fondlu portfel: Uorren Baffetin ideal investisiya strategiyası
27.07.2026Sem Altman: Süni intellekt yarışın "təklik nöqtəsi"nə çatıb
27.07.2026Maliyyə planı nədir və biznes üçün niyə vacibdir?
27.07.2026Elektron imzanı başqasına vermək hansı riskləri yaradır? ®
27.07.2026100 manatdan başlayan "Əlverişli" depozit
27.07.2026“Atəşgah Sığorta” mənfəətdən zərərə keçib
27.07.2026Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək
27.07.2026Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib
27.07.2026Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
27.07.2026Dünyanın diqqət çəkən 10 kosmetik startapı
27.07.2026"DeepSeek"in təsisçisinin sərvəti 36 milyard dollar qiymətləndirilib
27.07.2026“Bank of Baku”nun kredit portfeli 29,8 faiz artıb
27.07.2026"SoftBank"ın "OpenAI"a yatırımı üçün cəlb etdiyi 40 milyard dollarlıq kreditə daha 21 kreditor qoşulub
27.07.2026ASCO-nun Texniki direktoru vəzifəsindən ayrıldı
27.07.2026Qaytarıla bilməyən kreditlər bağlana bilər? - AÇIQLAMA
27.07.2026