"Tesla Cybertruck" ABŞ tarixinin ən böyük uğursuzluqlarından birinə çevrilə bilər

Redaktor

27.07.2026 17:23
63

"Tesla Cybertruck" ABŞ tarixinin ən böyük uğursuzluqlarından birinə çevrilə bilər

"Tesla" şirkətinin rəhbəri İlon Maskın inqilabi avtomobil kimi təqdim etdiyi "Tesla Cybertruck" elektrik pikapı ABŞ avtomobil sənayesi tarixinin ən böyük kommersiya uğursuzluqlarından birinə çevrilə bilər. 

Valyuta.az xəbər verir ki, bu barədə "Futurism" nəşri yazıb.

Nəşrin məlumatına görə, “Cybertruck” satışa çıxarılmazdan əvvəl İlon Mask onu “apokalipsisdən belə sağ çıxacaq tank” kimi təqdim edir, həm möhkəmliyi, həm də qeyri-adi dizaynı ilə seçiləcəyini bildirirdi. Lakin model bazara çıxdıqdan sonra etibarlılığı ilə bağlı tənqid olunub, xarici görünüşü isə çoxsaylı zarafat və tənqidlərin hədəfinə çevrilib.

Məqalədə bildirilir ki, ən böyük məyusedici məqam satış göstəriciləri olub. İlon Mask əvvəllər “Tesla”nın ildə 500 minədək “Cybertruck” sata biləcəyini proqnozlaşdırırdı. Lakin faktiki nəticələr bu gözləntilərdən xeyli aşağı olub. Satışların ilk tam ilində şirkət 40 min avtomobil həddinə belə çata bilməyib.

Sonrakı dövrdə vəziyyət daha da pisləşib. “S&P Global Mobility”nin məlumatlarına istinad edən nəşr yazır ki, cari il ərzində ABŞ-də təxminən 7 100 ədəd “Cybertruck” satılıb. Müəlliflər həmçinin qeyd edirlər ki, “Tesla” satış statistikasını qismən İlon Maska məxsus digər şirkətlərə avtomobillər satmaqla dəstəkləyib.

Məqalə müəllifləri “Cybertruck” ətrafındakı vəziyyəti 1950-ci illərin sonunda böyük uğursuzluqla yadda qalan “Ford Edsel” modeli ilə müqayisə edirlər. Həmin dövrdə də “Ford” geniş reklam kampaniyası aparmış və ilk ildə 200 min avtomobil satacağını proqnozlaşdırmışdı. Lakin şirkət planlaşdırılan satışların üçdəbirindən də azına nail olmuşdu. Buna səbəblərdən biri də bir çoxlarının “çox eybəcər” hesab etdiyi qeyri-adi dizayn idi.

Nəşr vurğulayır ki, planlaşdırılan və faktiki satışlar müqayisə edildikdə, “Cybertruck” əfsanəvi uğursuz model olan “Ford Edsel”dən də zəif nəticə göstərir. Buna görə də İlon Maskın elektrik pikapı ABŞ avtomobil sənayesi tarixinin ən böyük uğursuzluqlarından biri hesab oluna bilər.

Bununla belə, “Ford”dan fərqli olaraq, “Tesla”nın yaxın vaxtlarda “Cybertruck” istehsalından tamamilə imtina edəcəyi gözlənilmir. Model İlon Maskın baxışlarının mühüm simvollarından biri olaraq qalır.

“CFRA Research” analitiki Qarret Nelson (Garrett Nelson) hesab edir ki, şirkət tələbi artırmaq üçün avtomobilin dizaynını yeniləyə və ya yeni modifikasiya təqdim edə bilər.

“Lakin biz hesab edirik ki, bu, həqiqətən də nəticəsiz cəhd olacaq”, deyə o bildirib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tarixin ən yaxşı 8 videokartı açıqlandı

27.07.2026

Azərbaycan mamırın kiloqramını 100 manata idxal edib

27.07.2026

"Tesla Cybertruck" ABŞ tarixinin ən böyük uğursuzluqlarından birinə çevrilə bilər

27.07.2026

"Together" süni intellekt startapı 800 milyon dollar cəlb edib

27.07.2026

2 fondlu portfel: Uorren Baffetin ideal investisiya strategiyası

27.07.2026

Sem Altman: Süni intellekt yarışın "təklik nöqtəsi"nə çatıb

27.07.2026

Maliyyə planı nədir və biznes üçün niyə vacibdir?

27.07.2026

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır? ®

27.07.2026

100 manatdan başlayan "Əlverişli" depozit

27.07.2026

“Atəşgah Sığorta” mənfəətdən zərərə keçib

27.07.2026

Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək

27.07.2026

Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib

27.07.2026

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

27.07.2026

Dünyanın diqqət çəkən 10 kosmetik startapı

27.07.2026

"DeepSeek"in təsisçisinin sərvəti 36 milyard dollar qiymətləndirilib

27.07.2026

“Bank of Baku”nun kredit portfeli 29,8 faiz artıb

27.07.2026

"SoftBank"ın "OpenAI"a yatırımı üçün cəlb etdiyi 40 milyard dollarlıq kreditə daha 21 kreditor qoşulub

27.07.2026

ASCO-nun Texniki direktoru vəzifəsindən ayrıldı

27.07.2026

Qaytarıla bilməyən kreditlər bağlana bilər? - AÇIQLAMA

27.07.2026
"İnsanlar brendin adından çox rəngini xatırlayırlar"

"İnsanlar brendin adından çox rəngini xatırlayırlar" - Marketoloq

27.07.2026

Məzənnə

Yüklənir...