Ceymi Daymon CEO-ları uğursuzluğa aparan əsas xüsusiyyəti açıqlayıb

Redaktor

27.07.2026 20:07
30

Ceymi Daymon CEO-ları uğursuzluğa aparan əsas xüsusiyyəti açıqlayıb

"JPMorgan Chase"ın baş direktoru Ceymi Daymon hesab edir ki, rəhbərlərin uğursuzluğa düçar olmasının əsas səbəbi təkəbbür deyil, özünəinam çatışmazlığıdır. Onun sözlərinə görə, məhz bu xüsusiyyət rəhbərlərin reallıqdan uzaqlaşmasına, tənqidə qapalı olmasına və yanlış qərarlar qəbul etməsinə gətirib çıxarır.

Daymon bu fikirləri "The Master Investor Podcast with Wilfred Frost" proqramında səsləndirib. O bildirib ki, yüksək vəzifəyə təyin olunan insanların bir qismi yeni məsuliyyətə uyğun inkişaf edir, digərləri isə özlərini olduğundan daha üstün görməyə başlayırlar. Onun fikrincə, bu davranışın kökündə əslində özünəinam çatışmazlığı dayanır.

2006-cı ildən "JPMorgan Chase"a rəhbərlik edən 70 yaşlı Daymon deyib ki, insan vəzifədə yüksəldikcə idarə etdiyi sahələr genişlənir və artıq hər sahə üzrə mütəxəssis olmaq mümkün olmur. Bu isə bəzi rəhbərlərdə narahatlıq yaradır.

"İnsanlar hər şeyi bilmədiklərini qəbul etməkdən çəkinməməlidirlər. Güclü rəhbər insanlara etibar etməyi və onların potensialından düzgün istifadə etməyi bacarır", – deyə Daymon vurğulayıb.

Onun sözlərinə görə, özünəinamı zəif olan rəhbərlər ətraflarında yalnız onları dəstəkləyən şəxsləri toplamağa üstünlük verir, pis xəbərlərin gizlədilməsini istəyir və təqdimatların reallığı deyil, yalnız müsbət mənzərəni əks etdirməsinə çalışırlar.

Daymon qeyd edib ki, belə mühitdə hesabatlar şirkətdə baş verən problemləri göstərmək əvəzinə rəhbərliyin xoşuna gələcək formada hazırlanır. O əlavə edib ki, oxşar vəziyyət bəzən dövlət idarəçiliyində də müşahidə olunur.

"JPMorgan Chase"ın rəhbəri bildirib ki, sağlam idarəetmənin əsas şərtlərindən biri tənqidə açıq olmaqdır.

"Mənə məhsulumuzun zəif olduğunu deməkdən çəkinməyin. Müştərilərin şikayətləri bizim üçün dəyərli məlumat mənbəyidir", – deyə o bildirib.

Daymon rəhbərlərin davranışlarına da diqqət yetirdiyini söyləyib. Onun sözlərinə görə, iclas zamanı əməkdaşlar problemlərdən danışarkən narahatlıq nümayiş etdirən rəhbərlər adətən belə vəzifələr üçün uyğun olmurlar.

O bildirib ki, rəhbər kimi özü də şəffaf idarəetmə prinsiplərinə əməl edir. Daymonun sözlərinə görə, son 20 il ərzində "JPMorgan Chase"ın direktorlar şurasının hər iclasında müzakirələrin bir hissəsində iştirak etmir ki, şura üzvləri onun iştirakı olmadan sərbəst fikir mübadiləsi apara bilsinlər. Bundan əlavə, onunla razılaşmayan rəhbərlərə mövqelərini birbaşa direktorlar şurası qarşısında müdafiə etmək imkanı yaradılır.

Daymon yüksək vəzifələrə namizədlərin seçilməsi zamanı təvazökarlığa xüsusi önəm verdiyini də bildirib.

"Övladınızın rəhbəri olmasını istəmədiyiniz bir şəxsi böyük vəzifəyə təyin etməzsiniz", – deyə o qeyd edib.

O əlavə edib ki, başqalarının əməyini qiymətləndirmək və uğuru komandanın adına yazmaq da yaxşı rəhbərin əsas xüsusiyyətlərindən biridir.

Karyerada irəliləmək istəyənlərə müraciət edən Daymon maraq hissini qorumağı, öyrənməkdən vaz keçməməyi və əldə olunan uğurlarla kifayətlənməməyi tövsiyə edib. Onun fikrincə, istənilən şirkətin ən böyük təhlükələri bürokratiya, arxayınçılıq və təkəbbürdür.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ceymi Daymon CEO-ları uğursuzluğa aparan əsas xüsusiyyəti açıqlayıb

27.07.2026

Məktəblərin internet şəbəkəsinin genişləndirilməsi üçün 8 milyona yaxın müqavilə bağlanıb

27.07.2026

Avropada istirahət üçün ən ucuz ölkələr

27.07.2026

Tarixin ən yaxşı 8 videokartı açıqlandı

27.07.2026

Azərbaycan mamırın kiloqramını 100 manata idxal edib

27.07.2026

"Tesla Cybertruck" ABŞ tarixinin ən böyük uğursuzluqlarından birinə çevrilə bilər

27.07.2026

"Together" süni intellekt startapı 800 milyon dollar cəlb edib

27.07.2026

2 fondlu portfel: Uorren Baffetin ideal investisiya strategiyası

27.07.2026

Sem Altman: Süni intellekt yarışın "təklik nöqtəsi"nə çatıb

27.07.2026

Maliyyə planı nədir və biznes üçün niyə vacibdir?

27.07.2026

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır? ®

27.07.2026

100 manatdan başlayan "Əlverişli" depozit

27.07.2026

“Atəşgah Sığorta” mənfəətdən zərərə keçib

27.07.2026

Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək

27.07.2026

Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib

27.07.2026

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

27.07.2026

Dünyanın diqqət çəkən 10 kosmetik startapı

27.07.2026

"DeepSeek"in təsisçisinin sərvəti 36 milyard dollar qiymətləndirilib

27.07.2026

“Bank of Baku”nun kredit portfeli 29,8 faiz artıb

27.07.2026

"SoftBank"ın "OpenAI"a yatırımı üçün cəlb etdiyi 40 milyard dollarlıq kreditə daha 21 kreditor qoşulub

27.07.2026

Məzənnə

Yüklənir...