Redaktor
“Veteran pulu” ilə bağlı Nazirlikdən RƏSMİ cavab
Ötən gün Prezident İlham Əliyevin imzaladığı yeni Fərmanla müxtəlif kateqoriyalara aid müavinət və təqaüdlərin məbləği artırılıb. Artımlar ümumilikdə 3 milyon vətəndaşı əhatə edib.
Modern.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev müharibə veteranlarına verilən təqaüddən danışıb.
O, jurnalistlərə açıqlamasında bildirib ki, veteranlar əmək qabiliyyətli insanlardır. Nazirlik onların daha dayanıqlı təminatı üçün çalışır:
“Ölkəmizdə sosial ədalətin və həmrəyliyin təmin olunması prinsipi ilə dövlət siyasəti prioritet olaraq istiqamətləndirilir. Burada müharibə veteranlarına sosial dəstək tədbirləri mütləq əhatə olunur. Müharibə veteranlarına aylıq təqaüd verilir. Bu aylıq təqaüd kommunal, nəqliyyat və digər gündəlik xidmətlərə istinad olunub. Dövlət sosial təminat tədbirlərini əsasən əmək qabiliyyəti məhdud olan şəxslərə tətbiq edir. Bunlar əlilliyi olan şəxslər, pensiya yaşına çatmış şəxslər, aztəminatlı ailələr, çoxuşaqlı analar, hərbi qulluqçuların övladlarıdır. Yanaşma sosial ədalət prinsipinə əsaslanır.
Veteranlar əməkqabiliyyətli insanlardır. Biz veteranların rifahının uzunmüddətli dayanıqlı şəkildə dəstəklənməsini daha çox təşviq edirik. Onların məşğulluq imkanlarının yaradılması, kiçik biznesə çıxış imkanları yaradılır. Bunlarla bağlı da mühüm addımlar atılır. Təqaüd verilməsi ilə yanaşı, özünüməşğulluq proqramlarına növbədənkənar cəlb olunmasına ailə təsərrüfatlarının qurulması ilə daha çox veteranlarımıza dəstək olmağa çalışırıq”.
R.Mustafayev əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra 26 min 600 şəhid ailəsi üzvü və müharibə iştirakçılarının məşğulluğu təmin edilib. Onlardan 12 min 600-ü özünüməşğulluq proqramlarına cəlb edilib”.
Qeyd edək ki, Azərbaycanda veteranlara 80 manat təqaüd verilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBOKT-lar yalnız üç islam maliyyəsi məhsulu təqdim edəcək - AMB
10.07.2026Süni intellekt 12 yaşlı qıza öz startapını yaratmağa kömək edib
10.07.20261000 manat maaşın nə qədəri xərclənməli, nə qədəri yığılmalıdır?
10.07.2026Oyun startapı "Bold Games" 6 milyon dollar investisiya cəlb edib
09.07.2026"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir
09.07.2026Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap
09.07.2026Raket mühərriki istehsal edən startap 90 milyonluq investisiya cəlb edib
09.07.2026