Redaktor
Larry Ellison bir gündə 25 milyard dollar itirdi
Oracle-ın həmtəsisçisi Larry Ellison şirkət səhmlərinin 11%-dən çox ucuzlaşması nəticəsində cəmi bir gündə 25 milyard dollar sərvət itirib.
Valyuta.az xəbər verir ki, Ellisonun varidatı 258 milyard dollara düşüb və bu, 2025-ci ilin ən böyük birgünlük itkilərindən biridir.
"Oracle" gözləniləndən zəif maliyyə nəticələri açıqladığı üçün səhmlərdə eniş qeydə alınıb. Gəlirlər illik müqayisədə 14% artsa da, Wall Street proqnozları qarşılanmayıb.
İnvestorlar şirkətin süni intellekt infrastrukturuna milyardlarla dollarlıq xərcləri ilə bağlı narahatdırlar. "Oracle" rəhbərliyi isə bu narahatlıqları əsaslı hesab etmir və əlavə vəsait ehtiyacının şişirdildiyini bildirir.
Ellison buna baxmayaraq hələ də dünyanın ən varlı texnologiya liderlərindən biri olaraq qalır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026