Kredit kartı xilaskardır, yoxsa tələ?
24.12.2025 12:40
1,169

Kredit kartı xilaskardır, yoxsa tələ?

İsmayıl Məmmədov

             Maliyyə eksperti

Bu gün kredit kartı sadəcə ödəniş aləti deyil, bir çox insan üçün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Ancaq rahatlıq adı altında istifadə edilən bu plastik kart, düzgün idarə olunmadıqda maliyyə azadlığı yox, borc yükü yarada bilər.

Bəs kredit kartı istifadəsində nəyi düzgün etmirik? 

Kredit kartı ilə bağlı ən çox eşitdiyimiz cümlə budur: “Əvvəl hər şey qaydasında idi, sonra nə baş verdiyini anlamadım”.

Bank baxımından isə problem adətən belə səslənir: “Məhsul düzgün idi, amma istifadə ssenarisi səhv quruldu”. Deməli, məsələ kartda deyil. Məsələ kartın necə başa düşülməsində və necə idarə edilməsindədir.

Bank kredit kartını: “Pul xərclə” aləti kimi yox, maliyyə axınını idarəetmə mexanizmi kimi təqdim edir.

Bank üçün ideal ssenari: Müştəri vaxtında ödəyir, faiz minimum olur, risk azalır, əməkdaşlıq uzunmüddətli olur.

Müştəri davranışı: Hər ay minimum məbləği ödəyir, gecikmə yoxdur.

Müştəri hissi: “Bank razıdır, problem yoxdur”.

Bank reallığı: Minimum ödəniş - xilas mexanizmidir, strategiya deyil.

O, müştərini gecikmədən qorumaq üçündür, borcu bitirmək üçün yox.

Bank niyə bunu təklif edir?

Çünki həyat gözlənilməzdir. Amma bank minimumu daimi davranış kimi görmək istəmir.

Düzgün model:

Minimum → yalnız müvəqqəti çətinlikdə

Tam ödəniş → əsas strategiya

Müştəri davranışı: Gəliri 1.000 manat, limiti 4.000 manat.

Müştəri sualı: “Bank niyə belə limit verdi”?

Bank mövqeyi: Limit - istifadə üçün məcburiyyət deyil, ehtiyat çərçivəsidir. Bank limiti risk hesablaması ilə təklif edir, xərcləmə qərarını müştəri verir.

Risk nə vaxt yaranır?

Limit gəlir kimi qəbul ediləndə.

Bank tövsiyəsi: Limiti ehtiyacınıza uyğunlaşdırın.

“Faizsiz dövr var idi, amma faiz çıxdı”.

Bank mövqeyi: Faizsiz dövr - şərtli üstünlükdür.

Şərt sadədir və açıq göstərilir: Ay sonunda tam ödəniş.

Bank bunu: Müqavilədə, mobil tətbiqdə, bildirişlərdə aydın şəkildə bildirir.

Bankın məqsədi: Müştərini qısa dövrlü, intizamlı istifadəyə təşviq etmək.

“Bir kart azdır, ikincini də açım”.

Bir neçə kart: Borc yükünü gizlədir, nəzarəti zəiflədir, kredit tarixçəsini riskə atır.

“Çətinliyim var, bankla danışmayım”.

Müştəri qorxusu: “Zəng etsəm, vəziyyət pisləşər”.

Ən riskli müştəri - ünsiyyətdən qaçan müştəridir.

Vaxtında müraciət edən müştəri üçün bank: Ödəniş qrafikini dəyişə bilər, borcu yenidən strukturlaşdıra bilər, cərimələrin böyüməsinin qarşısını ala bilər.

Bankın məqsədi: müştərini itirmək yox, problemi idarə etməkdir.

Bankın istədiyi müştəri davranış modeli:

1 kart

Limitin maksimum 30 - 40%-i istifadə

Ay sonu tam ödəniş

Bankla açıq ünsiyyət

Nəticə:

0 faiz yükü

Cashback və bonuslardan real fayda

Güclü kredit tarixçəsi

Gələcək kreditlərdə daha aşağı faiz

Bank baxışı: Bu müştəri – risk yox, dəyərdir.

Bank strategiyası açıqdır: 10 il məsuliyyətli müştəri, 1 il problemli borcludan daha dəyərlidir.

Kredit kartı:

Bank üçün → idarə olunan risk aləti

Müştəri üçün → düzgün istifadə edilərsə, güclü maliyyə köməkçisi

Şəffaf şərtlər, açıq ünsiyyət və məsuliyyətli istifadə olduqda kredit kartı hər iki tərəf üçün qazanclıdır.

Kredit kartı : Nağd pul axınını balanslayır (maaşdan maaşa dövrü rahat keçirirsiniz), faizsiz dövrdən istifadə etməklə 0% borclanma imkanı yaradır, cashback və bonuslarla real maliyyə qazancı verir, kredit tarixçəsi formalaşdırır, gələcəkdə daha ucuz ipoteka və ya kredit əldə etməyə kömək edir, təhlükəsizlik buferi rolunu oynayır (gözlənilməz xərclər zamanı).

Əksər peşmanlıqlar bu səhvlərdən yaranır:

“Limit = pulumdur” düşüncəsi: Limit bankın sizə olan etibarıdır, gəliriniz deyil.

Yalnız minimum ödənişlə yaşamaq

Bu zaman real borc azalmaq əvəzinə illərlə qalır və yüksək faiz yaradır.

Faizsiz dövrü səhv anlamaq

Faizsiz dövr yalnız tam ödəniş edildikdə keçərlidir.

Gəlirə uyğun olmayan limitlər

Yüksək limit psixoloji olaraq daha çox xərcləməyə sövq edir.

Bir neçə kartı eyni vaxtda idarə etməyə çalışmaq

Nəticə: nəzarətsiz borc və zəif kredit profili.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

100 yaşlı neftçi Məsməli Mustafayev: 16 yaşında neft mədənində işləməyə başlayıb

19.07.2026

Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsi başa çatıb

19.07.2026

Süni intellektin köməyi ilə görünməz dron hazırlanıb

19.07.2026

200 milyon dollara çəkildi, 1 milyarddan çox qazandı – Maykl Cekson filmi tarix yazdı

19.07.2026

Üç hava döşəyi ilə başladılar: 15 investorun rədd etdiyi ideya necə 25 milyardlıq şirkətə çevrildi?

18.07.2026

"Google" süni intellekt yarışında mövqelərini itirir

18.07.2026

Azərbaycana idxal olunan badımcanın 1 kiloqramı neçəyə başa gəlir?

18.07.2026

"BlackRock" CEO-su: "Kriptovalyuta bazarı daha sabit vəziyyətə gəlib"

18.07.2026

"Assist Finance"ın dövriyyəsi açıqlanıb

18.07.2026

Gənc startapçılar üçün Mark Zukerberqin uğura aparan 10 prinsipi

18.07.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

18.07.2026

Uorren Baffet: "Heç kimin nə vaxt öləcəyi bəlli deyil, bütün sərvətim 2034-cü ilə qədər bağışlanacaq"

18.07.2026

Yaponiya və "Nvidia"dan nəhəng layihə: 133 milyard dollarlıq bazar...

18.07.2026

"Apple" bu ölkədə "iPhone 17"ni kəskin bahalaşdırdı

18.07.2026

Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?

18.07.2026

"Futbol niyə biznes olmasın ki? - Dünya çempionatı 2026 iqtisadi layihədir"

18.07.2026

"Meta" 10 milyard dollarlıq yeni gəlir mənbəyi yarada bilər

18.07.2026

Paltarına yapışan tikan onu milyarderə çevirdi

18.07.2026

"Apple" bazar dəyərinə görə "Nvidia"nı geridə qoyub

18.07.2026

Öhdəliklərinin həcminə görə bankların RENKİNQİ

18.07.2026

Məzənnə

Yüklənir...