Redaktor
İnvestisiya üçün yeni, yoxsa köhnə tikilidən ev almaq sərfəlidir?
Daşınmaz əmlak bazarı Azərbaycanda ən çox diqqət çəkən sahələrdən birinə çevrilib. Qiymətlərin dinamikası, alıcı davranışları və investisiya meyilləri bazarda mühüm dəyişikliklərə səbəb olub. Əmlaka yatırım etməyi düşünənlər üçün isə əsas məsələlərdən biri konkret seçimlə bağlıdır: investisiya üçün yeni tikili daha uyğundur, yoxsa köhnə tikili?
İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a bildirib ki, Azərbaycanda, xüsusilə paytaxt Bakıda və ətraf ərazilərdə daşınmaz əmlak bazarında qiymətlərin kəskin artmasının başlıca səbəbi əmlakın getdikcə əsas investisiya alətinə çevrilməsidir:
"Əmlaka investisiya yönlü tələbatın artması qiymətlərin yüksəlməsində başlıca amil rolunu oynayıb. Təbii ki daşınmaz əmlaka investisiya məqsədilə müraciət edilirsə, bu zaman yeni tikililər daha əlverişli hesab olunur.
Əgər investisiya üçün ayrılmış vəsait geniş həcmlidirsə, o zaman bu vəsaiti fərqli kateqoriyalı əmlaklar üzrə bölüşdürmək məqsədəuyğundur. Məsələn, 10 ədəd mənzil alınması planlaşdırılırsa, təxminən 3-4 mənzil köhnə tikililərdən, qalan 6-7 mənzil isə yeni tikililərdən seçilə bilər".

Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026