İnformasiya və rabitə sahəsində göstərilən xidmətin həcmi açıqlandı

Redaktor

21.01.2026 13:20
395

İnformasiya və rabitə sahəsində göstərilən xidmətin həcmi açıqlandı

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci il ərzində göstərilmiş xidmətlərin dəyəri 3 milyard 989,0 milyon manat təşkil edib.

Valyuta.az xəbər verir ki, 2024-cü ilin eyni dövründə bu göstərici 3 milyard 601,7 milyon manat olub.

Beləliklə, illik müqayisədə xidmətlərin dəyəri 387,3 milyon manat və ya 10,75% artıb.

Qeyd edək ki, əldə olunan gəlirin 69,2%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 32,4%-i və ya 1 milyard 290,9 milyon manatı mobil telefon rabitəsi sahəsinin payına düşüb.

Mobil rabitə sahəsində formalaşan gəlirlər 55,9 milyon manat və ya 4,52% artıb. Ötən ilin eyni dövründə mobil telefon rabitəsi sahəsində xidmətlərdən əldə olunan gəlir 1 milyard 235,0 milyon manat təşkil edib. 

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...