Redaktor
İki kredit ittifaqına icrası məcburi olan göstəriş verilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı 2025-ci ilin III rübü üzrə hesabatları təqdim etmədiklərinə görə iki kredit ittifaqına - “Stimul” Kredit İttifaqı MMC və “Total Finans Kredit İttifaqı” MMC-yə qarşı tədbir görüb.
Valyuta.az xəbər verir ki, hər iki qurum tərəfindən “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri yerinə yetirilməyib.
Bu hal “Kredit ittifaqına bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin pozulması hesab edilib.
Bu əsasla Mərkəzi Bank hər iki kredit ittifaqına hesabatların təxirəsalınmadan və gələcək dövrlərdə vaxtında təqdim olunmasını tələb edən icrası məcburi olan göstəriş verib.