Redaktor
Fermer məhsulu 50 qəpiyə satır, alıcı isə 2 manata alır - Qiymət fərqi harada yaranır?
Kənd təsərrüfatı məhsullarının qiyməti ilə bağlı maraqlı bir ziddiyyət mövcuddur. Fermerlər məhsullarını ucuz qiymətə satdıqlarından şikayətlənirlər, istehlakçılar isə eyni məhsulları bazar və marketlərdə baha qiymətə alırlar.
Bəs istehsalçı ilə istehlakçı arasındakı bu qiymət fərqi harada yaranır və məhsul tarladan piştaxtaya çatana qədər qiyməti niyə bir neçə dəfə artır?
İqtisadçı Asif İbrahimov Valyuta.az-a bildirib ki, bu fərq əsasən məhsulun istehsalçıdan son alıcıya qədər keçdiyi tədarük zəncirində formalaşır:
"Məhsul tarladan satış nöqtəsinə çatana qədər daşınma, çeşidləmə, qablaşdırma, saxlanma, logistika və satış xərcləri yaranır. Xüsusilə, tez xarab olan meyvə-tərəvəz məhsullarında soyuducu anbarların, nəqliyyatın və itkilərin payı kifayət qədər yüksək olur. Bu xərclər son qiymətə əlavə edilir və nəticədə məhsulun bazardakı dəyəri artır. Səbəblərdən biri də vasitəçilərin çoxluğudur. Bir çox hallarda məhsul fermerdən topdansatışçıya, oradan regional distribütora, daha sonra pərakəndə satıcıya keçir. Hər mərhələdə müəyyən mənfəət marjası əlavə olunduğundan son qiymət ilkin satış qiymətindən dəfələrlə yüksək ola bilir. Fermer məhsulu 50 qəpiyə satdığı halda, istehlakçı eyni məhsulu 1,5-2 manata almaq məcburiyyətində qala bilir".

Ekspert deyir ki, qiymət fərqinin yaranmasına bazar infrastrukturunun tam formalaşmaması da təsir göstərir: “Fermerlərin əksəriyyəti məhsullarını birbaşa istehlakçıya çıxarmaq imkanına malik deyil. Satış kanallarının məhdudluğu onları məhsulu mövsümdə kütləvi şəkildə vasitəçilərə satmağa məcbur edir. Bu zaman təklif artır, alış qiymətləri aşağı düşür, lakin sonrakı mərhələlərdə qiymət yenidən yüksəlir”.
A.İbrahimov market şəbəkələrinin əməliyyat xərclərinin də qiymətə təsir edən amillərdən olduğunu dedi: “İcarə, əməkhaqqı, kommunal xidmətlər, vergi ödənişləri və məhsul itkisi kimi xərclər son satış qiymətinə əlavə olunur. Bu səbəbdən marketdəki qiymətlə fermerin əldə etdiyi gəlir arasında ciddi fərq yaranır”.
“Problemin həlli istiqamətində fermer kooperativlərinin inkişafı, kənd təsərrüfatı logistikasının təkmilləşdirilməsi, elektron satış platformalarının genişləndirilməsi və istehsalçıdan istehlakçıya birbaşa satış mexanizmlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Belə addımlar həm fermerin gəlirlərinin artmasına, həm də istehlakçıların məhsulu daha münasib qiymətə əldə etməsinə şərait yarada bilər. Qısaca desəm, qiymət fərqi əsasən məhsulun istehsalçıdan istehlakçıya qədər keçdiyi zəncirdə yaranan xərclər və vasitəçi marjaları ilə bağlıdır. Bu fərqin azaldılması kənd təsərrüfatı bazarının daha səmərəli və şəffaf fəaliyyət göstərməsindən asılıdır", – deyə Asif İbrahimov vurğulayıb.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB
05.06.2026Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
05.06.2026Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
05.06.2026"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb
05.06.2026"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib
05.06.2026App Store üzərindən satışlar 1,4 trilyon dolları keçib
05.06.2026"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək
05.06.2026Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib
05.06.2026Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür
05.06.2026Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub
05.06.2026