Redaktor
“Faizsiz kredit”lərin pərdəarxası - Ekpert gizli sxemi izah edir
Son dövrlərdə ölkədə fəaliyyət göstərən bir sıra mağazalar və pərakəndə satış şəbəkələri müştərilərə “faizsiz kredit” şərtləri ilə alış-veriş imkanı təqdim edir. Lakin bu cür təkliflərin həqiqətən faizsiz olub-olmaması, eləcə də arxasında duran kommersiya mexanizmləri ictimaiyyətdə müəyyən suallar doğurur.
Ümumiyyətlə faizsiz kredit nədir? Yəni bunlar həqiqətən faizsiz kreditlərdirmi, burada onların yanaşması nədir?
İqtisadçı ekspert Xalid Kərimli Valyuta.az-a açıqlamasında bildirib ki,təqdim olunan “faizsiz kredit” təklifi həm “kredit” anlayışının, həm də “faizsiz” ifadəsinin eyni cümlədə işlədilməsi müəyyən yanlış təsəvvür yaradır:
"Bu, sanki dənizə girib suya batmamaq kimidir. Əgər ortada kredit varsa, mütləq şəkildə faiz də mövcuddur - sadəcə, bu faiz hər zaman alıcı tərəfindən ödənilmir. Maliyyə mexanizminin iş prinsipi belədir: əksər hallarda mağazalar bank və ya kredit təşkilatı ilə əməkdaşlıq edir. Həmin təşkilat məhsulu alıcıya hissə-hissə ödəmə şərtilə təqdim edir. Amma kredit təşkilatı bu xidməti faizsiz təqdim etmir - o, mütləq şəkildə öz faizini alır. Bu zaman həmin faiz mağaza (satıcı) tərəfindən ödənilir. Belə çıxır ki, vətəndaş kredit müqaviləsində faiz görmür, amma kredit təşkilatı öz faiz gəlirini yenə də əldə edir - sadəcə bu gəlir artıq alıcıdan deyil, satıcıdan çıxır. Məhz bu səbəbdən də mağazalar həmin xərci kompensasiya etmək üçün məhsulun üzərinə əlavə məbləğ gəlirlər. Başqa sözlə, mağaza əvvəlcədən məhsulun qiymətini artırır ki, sonradan kredit təşkilatına ödəyəcəyi faiz bu məbləğin içindən çıxsın. Faktiki olaraq bu, “gizli faiz” mexanizmidir. Belə bir sistemdə vətəndaş faizi birbaşa ödəməsə də, məhsulun qiyməti artdığı üçün dolayı yolla yenə o xərci qarşılamış olur".

"Bu fərqi aşkara çıxarmağın ən sadə yolu nəğd alışla kreditli alış arasında müqayisə aparmaqdır. Məsələn, mağazada müəyyən məhsul nəğd alış zamanı 850 manata təklif oluna bilər. Amma eyni məhsul “faizsiz kredit” adı ilə 1 000 manata satılırsa, bu zaman 150 manat fərq - əslində mağazanın bank üçün ödədiyi və məhsulun qiymətinə əlavə etdiyi faizd", - deyə ekspert qeyd edib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026