Redaktor
Ən çox şikayət olunan internet provayderləri açıqlanıb
Azərbaycanda ötən ilin dördüncü rübü üzrə ən çox şikayət olunan internet provayderlər açıqlanıb.
Valyuta.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.
22 şirkət üzrə hazırlanan hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) “Flexnet” MMC (14,99), “Sline” MMC (14,12), “Eurosel” MMC (8,61), “Maxinet” MMC (4,32), “Metronet” MMC (3,95) olub. Hesabatda sözügedən beş şirkətin şikayət indeksinin pisləşdiyi qeyd edilib.
Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq “Metronet” MMC (16 gün), “Flexnet” MMC (15 gün), Naxçıvan RİNN İYTTM (Naxinternet) (13 gün), “Megalink” MMC (13 gün), “Azfibernet” MMC (13 gün) qərarlaşıb.
Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABB-nin İdarə Heyətinə yeni üzv seçildi
13.01.2026Nazir generalı təqaüdə göndərdi
13.01.2026"Lukoil"un qlobal aktivlərinin alışı üçün şirkətlər mübarizədə
13.01.2026
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON
13.01.2026Daha 9 startap vergidən azad olundu
13.01.2026Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"
13.01.2026İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi
13.01.2026Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb
13.01.2026İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub
13.01.2026İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub
13.01.2026