Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi

Redaktor

14.12.2025 00:04
331

Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi

Avtomobil həvəskarları üçün sürətli maşınlar hər zaman adi avtomobillərdən üstün tutulub. "Dodge" markalı avtomobillər isə həm klassik görünüşü, həm də yarış traslarındakı yüksək performansı ilə seçilir. Bu avtomobillərin əksəriyyəti limitli seriyada istehsal olunur və bəziləri məhz yarış məqsədilə xüsusi modifikasiya edilir.

Onilliklər əvvəl istehsal edilən bu bahalı avtomobillər zamanın sınağından uğurla çıxaraq bu gün də öz dəyərini qoruyur. Bu kateqoriyaya daxil olan bəzi modellər 100 km/saat sürətə 3 saniyədən az vaxtda çata bilir. Klassik və yüksək sürət sevərlərin böyük maraq göstərdiyi bu modellər, avtomobil kolleksiyaçıları üçün əvəzolunmaz sərvət sayılır.

Aşağıda təqdim olunan siyahı "Dodge" markasının ən bahalı modellərini əhatə edir:

1. Dodge Viper Concept VM-02 (1989) – 3.000.000 ABŞ dolları

Chrysler tərəfindən istehsal edilən və əvvəlcə konsept avtomobil kimi təqdim olunan bu model sonradan böyük məşhurluq qazandı. 1989-cu ilin ən sürətli avtomobillərindən biri olan bu "Viper", 0-dan 100 km/saat sürətə təxminən 15 saniyəyə çata bilirdi.

2. Dodge Charger Daytona (1969) – 350.000 ABŞ dolları

253 km/saat maksimal sürətə malik bu avtomobil, NASCAR yarışlarını qazanmaq üçün dizayn edilmişdi. 425 at gücündə mühərrik sayəsində 0-dan 100 km/saat sürətə 5,7 saniyəyə çatırdı.

3. Dodge Viper SRT10 Heffner Twin Turbo (2004) – 350.000 ABŞ dolları

Bu model dünyanın ən sürətli "Viper"lərindən biridir. 350 km/saat maksimal sürətə malik avtomobil 0-dan 100 km/saat sürətə 3 saniyədən az vaxtda çatır.

4. Dodge SRT Viper GTS (2013) – 300.000 ABŞ dolları

Klassik "Viper" xəttini davam etdirən bu model, 660 at gücündə mühərriki ilə 340 km/saat sürətə çatır və 0-dan 100 km/saat sürəti cəmi 3 saniyəyə qət edir.

5. Dodge SRT Viper Vivid (2013) – 280.000 ABŞ dolları

6. Dodge SRT Viper TA (2014) – 220.000 ABŞ dolları

7. Dodge Viper SRT10 ACR (2008) – 200.000 ABŞ dolları

8. Dodge Charger R/T 426 Hemi (1968) – 160.000 ABŞ dolları

9. Dodge Dart HEMI (1968) – 150.000 ABŞ dolları

10. Dodge Viper GTS-R GT2 Championship Edition (1998) – 150.000 ABŞ dolları

Bu modelin qiyməti onun limitli sayda istehsal olunması ilə əlaqədardır. Güclü mühərriki və diqqətçəkən dizaynı sayəsində bu avtomobil, sahibləri üçün həm estetik, həm də texniki baxımdan dəyərli seçim sayılır.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

 Bakı metrosunda interval azaldılacaq? - Rəsmi

20.01.2026

Stolüstü kompüter istehsalı 52% azalıb

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Trampdan qərar: Fransa şərablarına yüksək rüsum tətbiq ediləcək

20.01.2026

Ceyhun Bayramov: İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdəyik

20.01.2026

Qızılın qiyməti 4700 dolları ötüb

20.01.2026

DYP-dən sürücülərə xəbərdarlıq

20.01.2026

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

20.01.2026

Mərkəzi Banka ən çox borcu olan BANKLAR - CƏDVƏL

20.01.2026

ABŞ-nin dövlət borcu rekord həddə çatdı

20.01.2026

Niyə pulumuzu idarə etməkdə çətinlik çəkirik? - SƏHƏR OXUSU

20.01.2026

20 Yanvar faciəsindən 36 il ötür

20.01.2026

Avtomobillərdə bir dövrün sonu: Kapotu açanda həmin çubuğu niyə görmürük?

19.01.2026

"Nvidia" atonom sürüşdə "Tesla"ya rəqib olmağa hazırlaşır

19.01.2026

Məzənnə

Yüklənir...