Redaktor
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?
2025-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyard 233,4 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə ödənişli xidmətlərin həcmi 11 milyard 394,5 milyon manat təşkil edib.
İllik müqayisədə ödənişli xidmətlərin dəyəri 1 milyard 839,5 milyon manat, yaxud 27,31% artıb.
Hesabat dövründə göstərilən ödənişli xidmətlərin 2 milyard 933,9 milyon manatı dövlət mülkiyyəti, 10 milyard 299,5 milyon manatı isə qeyri-dövlət mülkiyyəti sektorunun payına düşüb.
Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında ölkə üzrə hər bir sakin orta hesabla 1292,0 manatlıq ödənişli xidmətlərdən istifadə edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 175,4 manat çoxdur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
20.01.20262026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
20.01.2026İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
20.01.2026"ClickHouse" 400 milyon dollar investisiya alıb
20.01.2026Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub
20.01.2026Bakı metrosunda interval azaldılacaq? - Rəsmi
20.01.2026Stolüstü kompüter istehsalı 52% azalıb
20.01.2026