Redaktor
Dünya Kubokunda stadion təcrübəsini dəyişən 5 STARTAP
2026 FIFA Dünya Kuboku təkcə meydandakı mübarizə ilə deyil, həm də stadionlarda tətbiq olunan yeni texnologiyalarla diqqət çəkir. Azarkeşlər üçün daha rahat, sürətli və interaktiv təcrübə yaratmaq məqsədilə istifadə olunan innovativ həllər bu sahədə fəaliyyət göstərən startapların ön plana çıxmasına səbəb olub.
Valyuta.az Dünya Kuboku fonunda azarkeş təcrübəsini dəyişdirə biləcək 5 əsas texnologiya və onları inkişaf etdirən Avropa startapları bunlardır:
Yüksək sürətli bağlantı
Müasir stadionların əsasını yüksək sürətli internet və mobil əlaqə təşkil edir. Güclü şəbəkə sayəsində azarkeşlər mobil biletlərdən istifadə edə, yemək sifariş edə, təkrar görüntülərə baxa və sosial şəbəkələrdə canlı paylaşım edə bilirlər.
Bu istiqamətdə fəaliyyət göstərən Polşanın "Microamp" startapı özəl 5G şəbəkələri və süni intellekt əsaslı simsiz infrastrukturun inkişafı üçün iyun ayında 6,5 milyon avro investisiya cəlb edib.
Süni intellekt və rəqəmsal əkizlər
Süni intellekt stadionlarda insan axınının proqnozlaşdırılması, növbələrin idarə olunması və təhlükəsizlik tədbirlərinin optimallaşdırılmasına imkan yaradır.
Məlumata görə, 2026 FIFA Dünya Kuboku üçün "Lenovo" turnirin keçiriləcəyi 16 stadionun rəqəmsal əkizini yaradıb. Bu sistem təhlükəsizlik və logistika proseslərinin real vaxt rejimində izlənməsini təmin edir.
Bu sahədə Böyük Britaniyanın "Dexory" startapı süni intellektlə işləyən rəqəmsal əkiz platformasını inkişaf etdirmək üçün 9,8 milyon avro əlavə investisiya əldə edib.
Növbəsiz giriş və rəqəmsal ödənişlər
Mobil biletlər, biometrik giriş, nağdsız ödənişlər və kassasız mağazalar stadionlarda növbələri minimuma endirir və azarkeşlərin vaxtına qənaət edir.
Bu istiqamətdə Niderlandın "Silverflow" startapı bulud əsaslı ödəniş infrastrukturunu genişləndirmək məqsədilə 37 milyon avro investisiya cəlb edib.
İmmersiv media texnologiyaları
Artırılmış reallıq (AR), interaktiv ekranlar və 360 dərəcə görüntü sistemləri stadionları sadəcə idman məkanı deyil, həm də media platformasına çevirir.
İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən "AlphaLum" startapı artırılmış və qarışıq reallıq eynəklərində istifadə olunan holoqrafik görüntü texnologiyalarını inkişaf etdirmək üçün 3,6 milyon avro toxum mərhələsi investisiyası alıb.
Fərdiləşdirilmiş azarkeş platformaları
Müasir stadionlarda azarkeş təcrübəsi artıq oyun başlamazdan əvvəl mobil tətbiqlərlə başlayır və matçdan sonra da davam edir. Süni intellekt fərdi təkliflər, rəqəmsal bilet, parkinq, ödəniş, loyallıq proqramları və eksklüziv məzmun təqdim etməyə imkan verir.
Belçikanın Gent şəhərində yerləşən "Exhibitly" startapı tədbirlərin fərdiləşdirilməsi və sponsor görünürlüğünün artırılması üçün hazırladığı süni intellekt platformasının inkişafı məqsədilə 1,4 milyon avro investisiya cəlb edib.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun dəyişiklikləri I oxunuşda qəbul olunub
Qocalmanı ləngitməyi hədəfləyən 9 startap - Ceff Bezos və Sam Altman da investisiya edir
Startaplar üçün ən effektiv marketinq strategiyası hansıdır? - Marketoloq
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBarbara Corcoranın pulunuzla etməməyi tövsiyə etdiyi 5 şey
08.07.2026Süni intellekt şirkəti "Zhipu" 4 milyard dollarlıq səhm satışı planlaşdırır
08.07.2026Uğurlu sahibkarlar nə edirlər və siz də bunu necə bacara bilərsiniz?
08.07.2026"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır
08.07.2026"SambaNova" 11 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib
08.07.2026Yerin qızıl ehtiyatlarının 99,999 faizi əlçatmaz yerdədir - Alimlərdən maraqlı kəşf
08.07.2026"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb
08.07.2026“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var
08.07.2026"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır
08.07.2026"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb
08.07.20265 iqtisadi rayonda kredit faizləri yüksək olub
08.07.2026“ING” “Singular Bank”ın 40 faiz payını alır
08.07.2026"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib
08.07.2026“Bank of America” ABŞ iqtisadiyyatında iki fərqli inkişaf trayektoriyası olduğunu bildirir
08.07.2026