Dövlət Vergi Xidmətinin yarım milyonluq tenderi baş tutmadı

Redaktor

23.02.2026 13:45
272

Dövlət Vergi Xidmətinin yarım milyonluq tenderi baş tutmadı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elan etdiyi tender ləğv edilib.

Valyuta.az xəbər verir ki, tender 2026-cı il üzrə qurumun Aparatının və strukturuna daxil olan təşkilatların istifadəsində olan elektrik avadanlıqlarına texniki xidmət göstərilməsi xidmətinin satınalınmasını əhatə edirdi.

Tenderin ehtimal olunan dəyəri isə 573 min 17,48 manat idi.

Lakin satınalma proseduru nəticəsində tələb olunan şərtlərə uyğun iştirakçı sayı yetərli olmayıb. Belə ki, təklif və təklifin təminatını təqdim edən, həmçinin zəruri hallarda müvafiq lisenziya və ya icazəyə malik təchizatçıların sayı üçdən az olduğuna görə tender baş tutmamış hesab olunub və ləğv edilib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...