Redaktor
"Disney OpenAI"a 1 milyard dollar investisiya yatırıb
"Disney" "OpenAI" ilə üçillik lisenziya razılaşması imzalayaraq şirkətə 1 milyard dollar sərmayə yatırıb.
Valyuta.az xəbər verir ki, razılaşmaya əsasən, "Disney"in ikonik obrazları "OpenAI"nın süni intellekt əsaslı video istehsalı aləti olan “Sora”ya inteqrasiya ediləcək.
Əməkdaşlıq çərçivəsində “Sora” aləti “Disney”, “Marvel”, “Pixar” və “Star Wars” markalarına aid 200-dən çox obrazdan istifadə edərək, istifadəçi sorğularına əsaslanan qısa videolar yaratmaq imkanı əldə edəcək. Məzmun bazasına “Mikki Maus”, “Simba”, “Frozen” və “Toy Story” personajları, eləcə də “Marvel” və “Lucasfilm” kainatına aid animasiya və illüstrasiya obrazları daxildir. Razılaşma real aktyorların səsləri və oxşarlıqlarını əhatə etmir.
“Sora” vasitəsilə yaradılacaq bəzi seçilmiş qısa videoların “Disney+” platformasında yayımlanması da nəzərdə tutulur. Bundan əlavə, "Disney OpenAI"nın API-lərindən istifadə edərək “Disney+” daxil olmaqla yeni məhsul və alətlər inkişaf etdirməyi planlaşdırır. Şirkət “ChatGPT”ni daxili istifadə üçün tətbiq etməyi də hədəfləyir.
Tərəflər süni intellektin məsuliyyətli istifadəsinə dair ortaq çərçivəni qəbul etdiklərini və istifadəçi təhlükəsizliyi ilə məzmun istehsalçılarının hüquqlarının qorunması istiqamətində birgə fəaliyyət göstərəcəklərini bəyan ediblər. Bu yanaşma, "Disney"in daha əvvəl bəzi generativ süni intellekt platformalarına qarşı əqli mülkiyyət pozuntusu səbəbilə hüquqi addımlar atması fonunda mühüm dəyişiklik kimi qiymətləndirilir.
“Sora” və “ChatGPT” vasitəsilə "Disney" obrazlarından istifadə olunaraq yaradılacaq fanat məzmunlarının 2026-cı ilin əvvəlində istifadəyə verilməsi gözlənilir. Razılaşma müvafiq korporativ təsdiqlər və yekun müqavilələrin imzalanmasından sonra tam qüvvəyə minəcək.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026